Əsas Səhifə > Ölkə > ƏSGƏR ATALARI PİKET KEÇİRMƏK İSTƏDİ

ƏSGƏR ATALARI PİKET KEÇİRMƏK İSTƏDİ


13-04-2012, 13:29
ƏSGƏR ATALARI PİKET KEÇİRMƏK İSTƏDİ

XANLAR VƏLİYEV ONLARI QƏBUL ETDİ

Baş prokurorun müavini, respublika hərbi prokuroru Xanlar Vəliyev aprelin 12-də 2010-cu ilin yanvarında Daşkəsəndəki hərbi hissədə baş vermiş faciədə həlak olmuş Elxan Əzizovun atası Bəyalı Əzizovu və 2011-ci ilin fevralında Müdafiə Nazirliyinin Şəmkir hərbi birləşməsinin Göygöl rayonundakı hərbi hissəsində həlak olmuş Zakir Quliyevin atası Etibar Quliyevi qəbul edib.

Aprelin 13-də “Media forum” saytına açıqlama verən Bəyalı Əzizov deyib: “Xanlar Vəliyev bizi əmin etdi ki, oğullarımızın işi ilə bağlı istədiyimiz məlumatları onun müavini Cəfər Cəfərovdan ala bilərik”.

Aprelin 20-də piket keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərdiklərini vurğulayan Bəyalı Əzizov deyib: “Aprelin 2-də ali baş komandan İlham Əlievə, Milli Məclis rəhbərliyinə və Konstitusiya Məhkəməsinə etdiyimiz müraciətə hələ də reaksiya yoxdur. Biz müraciətimizə reaksiya verilməsini, haqqın öz yerini tapmasını istəyirik”.


Geri qayıt