Əsas Səhifə > Ölkə > AYAZ MÜTƏLLİBOV MÜXALİFƏTDƏN ƏLİNİ ÜZÜB
AYAZ MÜTƏLLİBOV MÜXALİFƏTDƏN ƏLİNİ ÜZÜB13-04-2012, 15:02 |
“MİTİNQLƏRDƏN HEÇ NƏ GÖZLƏMİRƏM” İctimai Palatanın son vaxtlar keçirdiyi mitinqlərdən heç nə gözləmirəm. Bunu SalamNews-a müstəqil Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov bildirib. Eks-prezident, ümumiyyətlə, İctimai Palatanın keçirdiyi mitinqlər barədə məlumatı olmdadığını və bu haqda danışmaq istəmədiyini söyləyib: “Siz bilirsiniz ki, mən bu barədə heç nə demirəm. Çünki, yorulmuşam”. Xatırladaq ki, müxalifət qüvvələrinin cəmləşdiyi İctimai Palata aprelin 22-də mitinq keçirəcəyini bəyan edib. Keçmiş baş nazir, mitinqin təşkilatçılarından olan Pənah Hüseyn İctimai Palatanın aprelin 8-də keçirdiyi mitinqi irəliyə doğru müsbət dinamika adlandırıb: “Aprelin 22-də keçirəcəyimiz mitinqdə iştirakçıların sayının iki dəfə artacağını proqnozlaşdırırıq. Yəqin ki, yaxın zamanda mitinqin harada keçiriləcəyi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətini xəbərdar edəcəyik”. Geri qayıt |