Əsas Səhifə > Ölkə > HAKİMİYYƏTLƏ MÜXALİFƏTİN DİALOQU BAŞ TUTMADI

HAKİMİYYƏTLƏ MÜXALİFƏTİN DİALOQU BAŞ TUTMADI


16-04-2012, 12:49
HAKİMİYYƏTLƏ MÜXALİFƏTİN DİALOQU BAŞ TUTMADI

“BUNA EHTİYAC QALMADI”

“ATƏT-in Baklı ofisi siyasi partiyaların iştirakı ilə “Siyasi partiyalar haqqında” qanunla bağlı müzakirələr təşkil etmək niyyətində idi. Lakin bu qanun layihəsi Milli Məclisin komitəsindən keçdiyi üçün buna ehtiyac qalmadı. Biz komitədə müzakirələri izlədik, qanun layihəsində gözəl dəyişiklər və nümunələr var”. APA-nın məlumatına görə, bunu ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay Azərbaycanda siyasi partiyaların iştirakı ilə “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsinin nə vaxt keçiriləcəyi barədə suala cavabında deyib.

Qeyd edək ki, ATƏT-in Bakı ofisi bir qədər əvvəl həm hakim YAP, həm də müxalifət partiyaların iştirakı ilə belə bir müzakirələr təşkil edəcəyini açıqlamış, tərəflərdən razılıq aldığını bildirmişdi.

Sənədin aprelin 20-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacağını deyən K. Tarqay bu qanunun qəbulunun Azərbaycanda demokratiyanın daha da inkişafına müsbət təsir edəcəyini vurğulayıb.

“ATƏT-in Bakı ofisi isə siyasi partiyalar arasında dialoqun təşkilinə hər zaman açıqdır. Tərəflərdən təklif gəldiyi halda əməkdaşlığa hazırıq”, - deyə səfir vurğulayıb.


Geri qayıt