Əsas Səhifə > Ölkə > ARİF HACILI HƏBSDƏ QALDI

ARİF HACILI HƏBSDƏ QALDI


16-04-2012, 12:58
ARİF HACILI HƏBSDƏ QALDI

MƏHKƏMƏ ONUN ƏRZİSƏİNİ GERİ QAYTARIB

Suraxanı Rayon Məhkəməsi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının müraciətini geri qaytarıb. Bu barədə APA-ya A. Hacılının qardaşı Vaqif Hacıbəyli məlumat verib. V. Hacıbəyli buna həmin sənədin vəkillər tərəfindən məhkəməyə təqdim olunmasının səbəb olduğunu deyib: “Bundan əvvəl ərizə onun vəkilləri tərəfindən hazırlandığı üçün məhkəmə geri qaytarmışdı. İkinci dəfə məktub Arif Hacılı tərəfindən yazılsa da, vəkilləri tərəfindən məhkəməyə təqdim olunub. Məhkəmə isə buna mənfi cavab verərək, bildirib ki, müraciət kənardan deyil, onun cəza çəkdiyi Cəzaçəkmə Müəssisəsi tərəfindən məhkəməyə göndərilməlidir”.

Qeyd edək ki, A. Hacılı cəzasının 1/3-ni çəkdiyini əsas gətirərək, azadlığa buraxılmasını istəyir.

Xatırladaq ki, A. Hacılı İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi sanksiyalaşdırılmamış etiraz aksiyasında saxlanılıb, məhkəmə qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Geri qayıt