Əsas Səhifə > Partiya > HAKİMİYYƏT MÜXALİFƏTƏ ELÇİ SALIB

HAKİMİYYƏT MÜXALİFƏTƏ ELÇİ SALIB


16-04-2012, 16:11
HAKİMİYYƏT MÜXALİFƏTƏ ELÇİ SALIB

““AVROVİZİYA” ƏRƏFƏSİNDƏ SAKİT OLUN”

Daxil olan məlumatda bildirilir ki, hakimiyyət-müxalifət dialoqu ilə bağlı ATƏT-in təşəbbüsləri səmərə verməyib. Hakimiyyət bu ərəfədə müxalifətlə açıq və rəsmi təmasların əleyhinə çıxıb. Amma əvəzində “Eurovision” ərəfəsində müxalifətin sərt addımlar atmamasının əvəzində bu düşərgə ilə müəyyən qeyri-rəsmi təmasların mümkünlüyü barədə mesaj da verib. Bu mesajı isə müxalif partiyalara liderlərdən biri çatdırıb.

Hakimiyyətin mesajında “Eurovision” ərəfəsində nüfuzlu xarici KİV-nə sərt müsahibələrin verilməməsi, yazıların göndərilməməsi, beynəlxalq təşkilatlara sanksiyalarla bağlı çağırışların edilməməsi, razıaşdırılmamış aksiyaların keçirilməməsi və digər bu kimi istəklər var. Bunun əvəzində müxalifətə siyasi məhbusların azadlığa buraxılacağı, müxalifətə ümumi təzyiqlərin dayandırılacağı və siyasi islahatların aparılacağı barədə də mesajların verildiyi deyilir.

Bu mesajlar müxalifətin əsas qüvvələrinə çox ehtiyyatlı şəkildə çatdırılıb. Müxalifətin cavabının necə olacağı bəlli olmasa da, qeyd edilib ki, demokratik düşərgə hakimiyyət tərəfindən atılacaq müsbət addımları təqdir edəcək.

Bu məsələ ilə bağlı müzakirələrin davam etdiyi bildirilir. / Gunxeber.com /


Geri qayıt