Əsas Səhifə > Ölkə > AZƏRBAYCANLI NAZİR MÜAVİNİ AVROPANIN HƏDƏFİNDƏ

AZƏRBAYCANLI NAZİR MÜAVİNİ AVROPANIN HƏDƏFİNDƏ


17-04-2012, 13:09
AZƏRBAYCANLI NAZİR MÜAVİNİ AVROPANIN HƏDƏFİNDƏ

AİHM-DƏN ÇİNGİZ ƏSGƏROVA QARŞI ADDIM

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın bu qurumdakı nümayəndəsi Çingiz Əsgərov və ədliyyə nazirinin müavini Vilayət Zahirov haqda şikayəti icraata qəbul edib.

Redakasiyamıza daxil olan xəbərdə deyilir ki, nümayəndə ilə nazir müavinindən bu ali məhkəmə instansiyasına şikayət edən Bakı şəhər sakini Oqtay Rəhimovdur. O.Rəhimov yerli məhkəmələrə müraciət edərkən şikayətini belə əsaslandırıb ki, bu şəxslər Avropa Məhkəməsinə onun işi üzrə yalan məlumat veriblər, ona böhtan atıblar.

“2007-ci ilin fevralında Avropa Məhkəməsində olan işimlə bağlı Azərbaycana sorğu gəldi. Bundan sonra Çingiz Əsgərov vəkilimlə məni yanına çağırdı. Çingiz Əsgərov dedi ki, sənə əsas borc - 32 min manat ödənilir, kompensasiya məsələsinə isə baxılacaq. 2010-cu ilin fevralında məhkəmənin qərarını alıb tanış olanda bildim ki, Vilayət Zahirovla Çingiz Əsgərov məhkəməyə yalan məlumatlar veriblər. Yalanı təsdiqləyən sənədi Avropa Məhkəməsinə göndərdim. Amma bu sənəd məhkəməyə çatmadı. Bunu İngiltərənin Avropa Məhkəməsindəki nümayəndəsi Lüsi Klariçdən öyrəndim. Hazırda mən Almaniyanın Münhen şəhərində yaşayan vəkillə razılığa gəlmişəm” – deyə ötən ilki açıqlamasında O.Rəhimov bildirmişdi.

O.Rəhimov Avropa Məhkəməsinə işi üzrə yalan ifadə göndərilməsinin detallarını belə izah etmişdi: “Avropa Məhkəməsinə İqtisad Məhkəməsinin qərarının icra olunmamasının səbəbi kimi kooperativimin hesabının bağlı olmasına dair arayış təqdim olunub. Əslində isə belə deyil. Hesabım açıq olub. Təhsil Nazirliyinin şöbələri pulumu bilərəkdən ödəməyiblər. Bundan başqa, İqtisad Məhkəməsi bağlanan hesaba pul köçürülməsi barədə qərar çıxara bilməzdi. Hesaba yerli məhkəmələrin qərarından 3 il sonra - 2003-cü ildə - VÖEN və bank hesabları dəyişilən zaman blok qoyulub, amma bağlanmayıb. Bu informasiyanı Avropa Məhkəməsinə təqdim etməklə Azərbaycan hakimiyyəti yerli məhkəmə sistemini də "ayağa verdi". Belə çıxır ki, İqtisad Məhkəməsi bağlanan hesaba pul köçürülməsi barədə qərar çıxarıb?!" / musavat /


Geri qayıt