Əsas Səhifə > Dünya > TÜRKİYƏDƏ İKİ QATAR TOQQUŞDU

TÜRKİYƏDƏ İKİ QATAR TOQQUŞDU


18-04-2012, 13:08
TÜRKİYƏDƏ İKİ QATAR TOQQUŞDU

14 NƏFƏR AĞIR FORMADA YARALANIB

Türkiyənin Niğdə şəhərində Ulukışla stansiyasında gözləyən sərnişin qatarı ilə yük qatarı toqquşub. Xəbər agentlikləri 8-i ağır olmaqla 14 yaralı haqqında məlumat versə də, rəsmi dairələr 12 nəfərin yüngül yaralandığını bildirir.

“Haber7”ninverdiyi xəbərə görə, qəza saat 05.00 radələrində baş verib. Kayseridən gələn yük qatarı Adana istiqamətinə gedən sərnişin qatarını arxadan vurub. Toqquşma nəticəsində sərnişin qatarının son 2 vaqonu digər vaqonlardan ayrılıb. Yük qatarının böyük hissəsi relsdən çıxıb.

Yaralılar Ulukışla, Bor və Niğde dövlət xəstəxanalarına aparılıb.


Geri qayıt