Əsas Səhifə > Ölkə, Manşet > ƏLİ HƏSƏNOVUN STEND BİZNESİ
ƏLİ HƏSƏNOVUN STEND BİZNESİ19-04-2012, 14:55 |
ƏYALƏTDƏKİ İDARƏ MÜDİRLƏRİ DAD DEYİR: ŞAMAXIDA MƏMUR ETİRAZLARI DİA.AZ: - Məlum olduğu kimi, yerlərdə bütün icra strukturları tərəfindən yeni pultoplama kampaniyasına start verilib. Dünən bu barədə də məlumat yayaraq bildirmişdik ki, artıq Səbayel rayonunun icra hakimiyyətinin başçısı Asif Əsgərov rəsmən «yuxarıların» MƏLUM TƏLƏBİNİ yerli idarə müdirlərinin diqqətinə çatdırıb. Belə ki, «bütün idarə və təşkilatlardakı stendlərin vəziyyəti yenidən nəzərdən keçirilməlidir» deyən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirmişdi ki, bu stendlərdə rayona və ya müvafiq qurumun shaəsinə aid olan şəkillər və ya yazılar öz əksini tapmalıdır. Onun sözlərinə görə, bununla bağlı Prezident Administrasiyası tərəfindən də müvafiq tapşırıqlar verilib: “Məsələn, məktəbdə olan stendlərdə ulu öndər Heydər Əliyev və prezident İlham Əliyevin məktəblərdə keçirdiyi görüşlərdən olan şəkillər, onların təhsillə bağlı səsləndirdiyi fikirlər əks olunmalıdır. Bəzi hallarda məktəblərdə prezidentin xarici səfərlər və ya xarici qonaqların qəbulu zamanı çəkdirdiyi şəkillər olur ki, bu da narazılıqla qarşılanır. Bütün stendlər nəzarətdədir və müəyyən müddətdən sonra idarə və təşkilatlarda araşdırmalar aparılacaq”. İndi isə DİA.AZ redaksiyasına əslində bu stend oyununun «yuxarıda» oturan məmurlar üçün, konkret olaraq Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov üçün gəlir mənbəyi olması barədə faktlar ötürülüb. Mötəbər mənbələrin məlumatından belə aydın olur ki, birbaşa olaraq Əli Həsənovun nəzarəti altında məmurların talanması məqsədilə stend düzəldən sexlər fəaliyyətə başlayıb və həmin yolla bütün yerli icra strukturlarının əli ilə minlərlə stendin düzəldilməsi hesabına külli miqdarda qazancın əldə edilməsi düşünülür. Xatırladaq ki, bir müddət əvvəl PA-dan mərhum prezident Heydər Əliyevin adından sui-istifadə edən nəşrlərin müstəqil çapına qadağa qoyulmuşdu. İndi isə aydın olur ki, əslində bu qadağanı qoyan Əli Həsənov həmin gəlirli biznesi öz əlində cəmləşdirməyi düşünüb. Onu da bildirək ki, bu arada redaksiyamıza 32 nəfər Şamaxının yerli idarə müdirinin, müəssisə rəhbərinin, məktəb direktorunun adından icra başçısı Asif Məmmədovun Əli Həsənovun sifarişi əsasında «stend oyunu» adı altında yeni talan siyasətinə start verməsindən giley-güzar edən şikayət məktubu daxil olub. Məktubda yazılanlardan belə aydın olur ki, Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov 11 aprel 2012-ci il tarixdə yerli idarə müdirlərini yığaraq onlara stend öhdəliyi qoyub: «İcra başçısı cəmi 15 dəqiqəlik iclas keçirdi. Və qəti tapşırıq verərək bildirdi ki, cənab prezident İlham Əliyevin göstərişidir, bütün idarələrdə, orta məktəblərdə stendlər yenilənməlidir». Şikayətçilər bildirir ki, stendin düzəldilməsinin də Bakıdakı məlum sexə sifariş veriləcəyini bildirən icra başçısı konkret vaxt qoyaraq pul tələb edib: «Hər bir idarə, müəssisə, bələdiyyə, məktəb, kollec və icra nümayəndəlikləri məcburi qaydada stendi hazırlatdırmalıdır. Yəni əslində stendin pulunu verməlidir. Çünki deyilənə görə, stendlər çoxdan hazırdır. Sadəcə olaraq, həmin stendlərin pulu icra başçılarının əli ilə yığılır». Şikayətçilər bildirir ki, hər bir ünvana 2 ədəd İlham Əliyevin və iki ədəd də mərhum prezident Heydər Əliyevin şəkilləri əks olunmuş stendin pulu öhdəlik kimi qoyulub: «Beləliklə, hər bir idarə rəhbəri 4 stend üçün 2400 manat pul verməlidir. Çünki stendin birini 600 manata təklif edirlər. Deyilənə görə, əslində Bakıda bu işi təşkil edən şəxs icra başçısına 500 manatdan stendi satır. İcra başçısı da hər bir stendin üstünə 100 manat öz haqqını qoyur. Beləliklə Şamaxı üçün 950 ədəd stend tələb olunur ki, bu da 570 min manat pul deməkdir. Həmin pulun da 95 min manatı başçıya çatacaq. Pulu verməyimiz üçün də 2 gün vaxt verilib». Hər halda, bu faktlardan da aydın olur ki, Əli Həsənov və icra başçıları indi də mərhum prezident Heydər Əliyevin və İlham Əliyevin adından öz məmurlarını talamaqla məşğuldurlar. Geri qayıt |