Əsas Səhifə > Ölkə, Manşet > HEYDƏROVUN RƏQİBLƏRİ FƏALLAŞIR

HEYDƏROVUN RƏQİBLƏRİ FƏALLAŞIR


23-04-2012, 10:44
HEYDƏROVUN RƏQİBLƏRİ FƏALLAŞIR

FHN ŞEFİNİN QƏZƏBLƏNDİYİ KEÇMİŞ DEPUTATA VƏZİFƏ VERİLƏCƏK

DİA.AZ: - Keçmiş deputatların vəzifə ilə mükafatlandırılması heç də ilk deyil. Məsələn, Masallıdan deputat olmuş Əhəd Abıyev Daşkəsən rayonuna icra başçısı göndərildi. Bu günlərdə isə Sumqayıtdan deputat olmuş Sevindik Hətəmov Yardımlıya başçı getdi. Verilən məlumatlardan belə aydın olur ki, sözügedən proses davam etdirilir və daha bir sabiq millət vəkilinin də vəzifəyə çəkildəcəyi bildirilir.

Onu da xatırladaq ki, keçmiş deputatlardan biri, zamanında fəal İsa Qəmbər tərəfdarlarından olmuş Aynur Camalqızı da hakimiyyət tərəfindən unudulmadı və ona əvvəlki peşəsi ilə bağlı çox geniş imkanlara malik xüsusi bir şərait yaradıldı. Bekə ki, əslində Nizami rayon icra hakimiyyəti başçısının birinci müavini postunda gözü olan Aynur Camalqızına fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kanalları ilə böyük maddi imkanlara malik “Gündəlik Teleqraf” adlı qəzet yaradıldı.

DİA.AZ-a hakimiyyət içindəki qaynaqlardan daxil olan son məlumata görə isə, Gədəbəydən 2005-2010-cu illər Milli Məclisə çağırış sessiyasında deputat olmuş Nazim Məmmədovla bağlı da qərar verilib. Xatırladaq ki, Nazim Məmmədov bu hakimiyyəti zaman-zaman müdafiə etsə də, özünün müstəqil fikirləri ilə bəzi iqtidar çevrələrində qəzəb də yaratmışdı.

Məlumatlara görə, konkret olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərovu qəzəbləndirən Nazim Məmmədov hətta «mən namizədliyimdən imtina etməyəcəm» şəklində açıqlama versə də, sonradan seçilmək istədiyi dairədən YAP-ın vahid namizədinin xeyrinə geri çəkilməyə məcbur edildi. Həmin ərəfədə sabiq deputatın qohumlarından bəzilərinə qarşı cinayət işi də açılmışdı.

Onu da bildirək ki, bir zamanlar Nazim Məmmədovun iqtisadi inkişaf nazirliyinə idarə rəisi vəzifəsinə gətiriləcəyi ilə bağlı xəbərlər də yayılmışdı. Lakin sonradan bu məlumatlar da təkzib olundu. Əslində bu, gzlənilən idi də. Çüki İİN-nin əslində Kəmaləddin Heydərovun nəzarət zonasına aid olduğu tam şübhəsizdir. Belə olan təqdirdə Nazim Məmmədovun FHN şefinə yaxın bir strukturda vəzifə alacağı heç də inandırıcı deyildi. Qeyd edək ki, əslində Nazim Məmmədov FHN şefinin hədəfinə Kür çayının daşması ilə yaranan sel fəlakətinə o zamanlar parlamentdə verdiyi sərt reaksiyası səbəbindən çevrilib. Belə ki, FHN-nin işini tənqid edən keçmiş deputat hətta nazirliyə qarşı da ağır ifadələr işlətmişdi. Və bundan sonra Kəmaləddin Heydərov Nazim Məmmədovu tam olaraq yerinə oturtmağı bacardı.

Redaksiyamızın əldə etdiyi son bilgilərə görə, Kəmaləddin Heydərova rəqib olan çevrələr Nazim Məmmədovun yenidən vəzifəyə gətirilməsi yönündə iş aparırlar: «Onun hansı görəvə gətiriləcəyi hələlik məlum olmasa da, aydın olanı odur ki, artıq Nazim Məmmədova da sahib çıxanlar var».

Geri qayıt