Əsas Səhifə > Ölkə > YARDIMLIDA MAHİR MİRZƏYEV TERRORU DAVAM EDİR

YARDIMLIDA MAHİR MİRZƏYEV TERRORU DAVAM EDİR


23-04-2012, 10:59
YARDIMLIDA MAHİR MİRZƏYEV TERRORU DAVAM EDİR

QOHUMBAZLIQ SİYASƏTİNİN NƏTİCƏLƏRİ

Bir zamanlar Xəzər Aslanovun sağəli və kassası olan Mahir Mirzəyevin yardımlılara etdiyi zülm və sitəmin sonu görünmür. Yeni başçı Sevindik Hatəmovla kəllə-kəlləyə gəlməkdən çəkinməyən Mahir Mirzəyev öz mövqeyini qohumlarını yeni vəzifələrdə yerləşdirməklə mökəmləndirməyəçalışır.

PİA.AZ-a Yardımlıdan daxil olan məlumatda bildirilir ki, Mahir Mirzəyev bir neçə məktəb direktoruna ərizələrini yazmağı tapşırıb. Mənbə bildirir ki, həmin məktəb direktorlarının işdən azad olunması təhsil ili başa çatan kimi reallaşacaq. Artıq onların yerinə keçəcək adamlar da bəllidir. Mənbənin sözlərinə namizədlərin üçü də Mahir Mirzəyevin qohumlarıdır. Onların pulunun arıtıq Təhsil Nazirliyndəçalışan Mahir Mirzəyevin adamına çatdırıldığı da bildirilir.

Başqa bir məlumatda isə qeyd olunur ki, Mahir Mirzəyev Yardımlının məşhur həkimlərindən birini rayondan qovub. Belə ki, Nazim həkim Yardımlı camaatı içindəçox tanınıb və doğurdan imkansız xəstələrə belə həmişə təmənasız yardım göstərib. Buna baxmayraq həkim Mahir Mirzəyevin hədəfinə tuş gəlib. Öz sahəsində güclü mütəxəssis olan həkimdən bir müddət əvvəl Mahir Mirzəyevin aylıq haqq istədiyi bildirilir. Həkim imtina etdikdə isə Mahir Mirzəyev onu şantaj edib. Bundan sonra isə həkim hər şeyi ataraq Yardımlını tərk edib və hazırda Bakıdakı özəl klinikalardan birindəçalışır.

Qeyd edək ki, Yardımlıda 30-a qədər aparıcı vəzifərdə hazırda Mahir Mirzəyevin qohumlarıdır. onların yaratdığı istismar vəziyyətindən yardımlı camaatı artıq cana doyub.


Geri qayıt