Əsas Səhifə > Ölkə > BU NƏ CÜR CİNAYƏT İŞİDİR?

BU NƏ CÜR CİNAYƏT İŞİDİR?


23-04-2012, 14:15
BU NƏ CÜR CİNAYƏT İŞİDİR?

İNDİYƏDƏK İDRAK ABBASOV DİNDİRİLMƏYİB

Aprelin 18-də Sulutəpədə baş verən hadisələrlə bağlı Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə (bir qrup şəxs tərəfindən xuliqanlıq törədilməsi) cinayət işi qaldırılıb. Cinayət işinin istintaqını Binəqədi Rayon Polis idarəsi aparır.

Müstəntiq Kərim Xələfov Turan-a bildirib ki, istintaq işləri intensiv olaraq davam etdirilir, iş üzrə 10 ekspertiza təyin edilib. Zərərçəkənlərin dindirilməsi davam etdirilir.

Onun sözlərinə görə, jurnalist İdrak Abbasov da xəstəxanadan çıxandan sonra dindiriləcək. “İdrak Abbasov hadisə zamanı xəsarət alıb. İstintaq onu zərərçəkmiş kimi tanıyacaq”, - o qeyd edib.

Müstəntiqin şərhindən belə başa düşmək olar ki, hakimiyyət həmişəki kimi jurnalisti amansızcasına döyənləri tapıb cəzalandırmağa tələsmir.

Beş gün keçməsinə baxmayaraq, istintaqın zərərçəkəndən ifadə almaması mümkün olan şey deyil. Lakin İdraka “xuliqanların basqın etməsi” ilə bağlı DİN-in mülahizələrinə məntiqlə yanaşsaq “təhqiqatın” yekunlarıbarədə bunu demək olar ki, jurnalist məhz bir qrup xuliqanın qurbanı olub. Lakin onlarla şahidin gözləri qarşısında jurnalisti ARDNŞ-nin işçiləri döyüblər.

ARDNŞ-yə gəlincə, şirkətin nümayəndəsi Eldar Orucov bildirib ki, baş verənləri araşdırmaq üçün komissiya yaradılıb. Onun sözlərinə görə, “ARDNŞ jurnalisti döyən şəxslərin cəzalandırılmasında maraqlıdır”.

Xatırladaq ki, İdrak Abbasov Sulutəpə qəsəbəsində evlərin sökülməsi ilə bağlı çəkiliş apararkən ARDNŞ-nin 10 əməkdaşının hücumuna məruz qalıb. Halbuki, onun əynində jurnalist jileti olub.

Neft şirkətinin işçiləri onun kamerasını əlindən alaraq sındırıblar və özünü döyüblər. Jurnalistin iki qardaşı onun üstünə atılaraq xilas etmək istəyib, lakin onları da döyüblər. Hadisə yerində olan daha bir neçə jurnalist zorakılığa məruz qalıb.


Geri qayıt