Əsas Səhifə > Ölkə, Manşet > BAYILDA BÖYÜK TALAN BAŞLAYIB

BAYILDA BÖYÜK TALAN BAŞLAYIB


30-04-2012, 15:05
BAYILDA BÖYÜK TALAN BAŞLAYIB

TİKİNTİDƏ ÇALIŞAN FƏHLƏLƏR YERLİ SAKİNLƏRİ ÇİLƏDƏN ÇIXARIB

DİA.AZ: - «Avroviziya» yarışması səbəbindən az qala tiinti medyançasının məskunlarına çevrilən Bayıl camaatı indi də inşaat işlərini həyata keçirən fəhlələrdən narazılıq edirlər. Bu barədə DİA.A-a müraciət edən bir qrup vətəndaşın sözlərindən belə aydın olur ki, özbaşına surətdə hərəkət edən fəhlələr hətta sakinlərə təhqiredici ifadələr işlətməkdən belə çəkinmirlər.

Redaksiyamıza edilən müraciətdə bildirilir ki, konkret olaraq «Dövlət Bayrağı Meydanı»na baxan hissədə yerləşən və üz hissəsi təmir olunan binanın sakinləri fəhlələrin başsız qalmasından, özbaşına buraxılmalarından artıq cana doyublar: «Guya ki, evlərimizin eyvanlarını təmir edirlər. Dəfələrlə pəncərələrdən evimizə girməyə çalışıblar. Gözləri güdür ki, nə zaman ev sahibləri evdə olmayacaq və onda evə daxil olsunlar. Artıq evlərdən əşyaları belə oğurlayıblar və bu barədə şikayətləri yerli polis işçiləri də dinləmir».

Sakinlər bildirir ki, onlardan pul qopara bilmələri üçün dəfələrlə eyvanlarının divarlarını özbaşına olaraq uçuran fəhlələr hətta eyvanların divarlarına əflaqsız sözlər də yazmaqla, onların qəzəbinə səbəb olublar: «Bu dövlət hara baxır? Ölkənin sahibi yoxdurmu? İnsanların namusu bu adamlar üçün nədir? Biz başa düşə bilmirik! Gərək, hansısa fəhləni qanına qəltan edək ki, dövlət bu işə müdaxilə etsin?»

Onu da bildirək ki, narazı Bayıl camaatı fəhlələrin əməlləri ilə bağlı ölçü götürülməsi üçün hüquq-mühafizə orqanlarına da müraciət etməyə hazırlaşırlar: «Əgər şikayətimizə baxmasalar, o zaman təzə çəkdikləri yolu bağlayacağıq».

Olay diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt