Əsas Səhifə > Dünya > UKRAYNANI BOYKOT QƏRARI İŞƏ DÜŞDÜ

UKRAYNANI BOYKOT QƏRARI İŞƏ DÜŞDÜ


2-05-2012, 12:05
UKRAYNANI BOYKOT QƏRARI İŞƏ DÜŞDÜ

AVSTRİYA ÇEMPİONATA QATILMAYACAQ

Avstriyanın müdafiə naziri, həmçinin idmana görə cavabdehlik daşıyan Norbert Darabos iyunun 1-də İnsbruk şəhərində keçiriləcək Avstriya-Ukrayna yoldaşlıq oyununu izləməyəcək. Bu barədə "Niederosterreichischen Nachrichten" Avstriya qəzetinin saytında bildirilib.

RİA “Novosti”nin verdiyi xəbərə görə, öncədən planlaşdırılmışdı ki, Darabos oyuna gedəcək, ancaq Ukraynanın keçmiş baş nazir Yuliya Timoşenko ətrafında baş verən hadisələrlə əlaqədar nazir fikrindən daşınıb.

Oyun yayda Ukrayna və Polşada keçiriləcək futbol üzrə Avropa Çempionatı ərəfəsində baş tutmalıdır.


Geri qayıt