Əsas Səhifə > Ölkə, Manşet > QƏRİB MƏMMƏDOV İCRA BAŞÇILARINA QARŞI
QƏRİB MƏMMƏDOV İCRA BAŞÇILARINA QARŞI2-05-2012, 18:29 |
TORPAQ SATAN RAYON RƏHBƏRLƏRİNİN SIYAHISI HÖKUMƏTƏ GÖNDƏRİLİB DİA.AZ: - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov dövlət mülkiyyətində olan torpaqları satın alan icra başçıları haqqında baş nazirə kompromat tipli yazılı məlumatlar verib. Məhz bu məlumatlar əsasında Q.Məmmədov rayon icra hakimiyyətləri başçıları haqqında faktları araşdırıb məruzə edilməsini tələb edib. DİA.AZ-a daxil olan məlumatda deyilir ki, Artur rəsizadənin xüsusən Bakı şəhərində yerləşən 11 rayondan 5-nə (Suraxanı, Binəqədi, Sabunçu rayonlarının adı qanunsuzluqda daha çox hallandırılır) və Abşeron rayon icra başçısına daha sensasiyalı sayılan bir neçə səhifəlik kompromat dolu məktubu ünvanlaması ortaya xeyli suallar çıxarıb. Məlumatlara görə, A.Rəsizadənin sözügedən məktubu təxminən bir həftə əvvəl rayon icra hakimiyyətlərinə daxil olub. Məktubda konkret olaraq hansı qəsəbədə nə qədər torpaq sahəsinin qanunsuz olaraq satılması və bu kimi faktlar əksini tapıb. Baş nazir bununla bağlı izahlı məruzə tələb edib. Bəzi icra başçıları isə həmin faktları sələflərinin üzərinə atmaqla vəziyyətdən çıxmaq istəyirlər. Mənbəmiz onu da deyib ki, A.Rəsizadənin bu məktubunun arxasında çox ciddi tədbirlər gizlənir: «Yəni, bir neçə icra başçısı bu məsələyə görə nəinki vəzifəsini itirə bilər, üstəlik onların haqqında cinayət işinin açılması da istisna deyil. Artur Rəsizadənin önə verilməsinin kökündə də hakim dairələrin bir neçə səs-küylü həbslər həyata keçirməsi və bununla da korrupsiyaya qarşı sərt mübarizə apardıqları görüntüsü yaratmaq planı durur. Bəzi icra başçıları vəziyyətin ağırlığını dərk edir və tədbirli davranmağa çalışırlar. Hətta onlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova hökumətə belə bir dosye təqdim etdiyinə görə çox qəzəblidirlər. İcra başçılarından birinin »Qoy, bu təlatümlü günlərdən çıxaq, şəxsən Qərib Məmmədovun nə qədər malı-mülkü varsa, özüm onları araşdırıb lazımi dairələrin diqqətinə çatdıracam», - deyərək komitə sədrinə qarşı qəzəbini boğa bilmədiyi də bildirilir. Həmin icra başçısının adını hələlik çəkmirəm, amma deyə bilərəm ki, Qərib Məmmədovun tövsiyəsi ilə Bakı Şəhər Torpaq Şöbəsi həmin rayondakı qanunsuz torpaq satışı ilə bağlı bir neçə dəfə məhkəmələrə müraciət edib. O ki qaldı, Abşeronla bağlı məqama, bir neçə il əvvəl bu rayonda Müdafiə Nazirliyinin balansında olan hektarlarla torpaq sahəsinin hansı yolla balansdan çıxarılıb satılması araşdırılmalıdır. O zaman icra başçılarının bələdiyyə sədrlərinin vasitəsilə dövlət mülkiyyətində olan torpaq sahiblərini necə satıb milyonlara sahiblənmələrinə tam aydınlıq gətirmək mümkün olacaq». Geri qayıt |