Əsas Səhifə > Ölkə > 2013-ÜN SENTYABRINA QƏDƏR GÖZLƏMƏLİYİK

2013-ÜN SENTYABRINA QƏDƏR GÖZLƏMƏLİYİK


3-05-2012, 12:59
2013-ÜN SENTYABRINA QƏDƏR GÖZLƏMƏLİYİK

JURNALİSTLƏRƏ TİKİLƏN BİNA O ZAMAN HAZIR OLACAQ

“Jurnalistlər üçün inşa edilən bina 2013-cü ilin sentyabrında təhvil veriləcək”.

APA-nın məlumatına görə, bu fikirləri KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli 3 may – Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar keçirilən tədbirdə deyib. O bildirib ki, mənzillərin bölgüsünə də 2013-cü ildən başlanacaq: “Hazırda binanın 10-cu mərtəbəsində tikinti gedir. Bina tam hazır olandan və təmir işlərinə başlanıldıqdan sonra mənzillərin paylanması üzrə texniki işlərə start veriləcək”.

V. Səfərli qeyd edib ki, mənzillərin jurnalistlərə verilməsi üçün əvvəlcə meyarlar müəyyənləşdiriləcək: “Bunun üçün jurnalistlərdən fərdi qaydada sənədlərini təqdim etmələri istəniləcək. Heç bir mətbuat orqanı jurnalistə təqdimat verə bilməyəcək. Sənədlər təqdim olunduqdan sonra fondda formalaşdırılan komissiya həmin sənədləri araşdıracaq və yekun qərar verəcək”.


Geri qayıt