Əsas Səhifə > Ölkə > MƏLUMATIMIZ TƏSDİQLƏNDİ: KORRUPSİYA HƏBSLƏRİ OLUB

MƏLUMATIMIZ TƏSDİQLƏNDİ: KORRUPSİYA HƏBSLƏRİ OLUB


4-05-2012, 13:12
MƏLUMATIMIZ TƏSDİQLƏNDİ: KORRUPSİYA HƏBSLƏRİ OLUB

KMİ-NİN XƏZƏRDƏ ƏMƏLİYYATI

Azərbaycanda bir neçə səhiyyə işçisi korrupsiya faktı ilə əlaqədar tutulub.

APA-nın məlumatına görə, Baş prokuror yanında Korrupsiya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Bakının Xəzər rayonunda, 26 saylı Mərdəkan və 14 saylı Buzovna xəstəxanalarında əməliyyat keçirib. Həyata keçirilən xüsusi əməliyyat nəticəsində 14 saylı Buzovna xəstəxanasının baş həkimi Oqtay Salamov və daha bir neçə həkim şübhəli şəxs qismində saxlanılıb. Onlar rüşvət almaqda günahlandırılırlar.

14 saylı Buzovna xəstəxanasından APA-ya faktı təsdiqləsələr də, bu barədə ətraflı açıqlama verilməyib.

26 yaşlı Mərdəkan Xəstəxanasından isə APA-ya hazırda xəstəxanada prokurorluq tərəfindən əməliyyat aparıldığını bildiriblər.


Geri qayıt