Əsas Səhifə > Ölkə > AZƏRBAYCAN BALANSLAŞDIRILMIŞ SİYASƏTDƏN VAZ KEÇİR

AZƏRBAYCAN BALANSLAŞDIRILMIŞ SİYASƏTDƏN VAZ KEÇİR


5-05-2012, 16:31
AZƏRBAYCAN BALANSLAŞDIRILMIŞ SİYASƏTDƏN VAZ KEÇİR

“HANSISA BLOKA QOŞULA BİLƏRİK”

“Azərbaycan bölgədə özünün siyasətini müəyyən edib.

Bu, bloklara qoşulmamaq və neytral dövlət olaraq davam etmək siyasətidir. Amma bir dövlətin öz siyasətini müəyyən etməsi Quran ayəsi deyil ki, onu dəyişmək mümkün olmasın”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, hər bir dövlətin daxili və xarici siyasəti, onun prioritetlərinin müəyyən olunması xalqının milli maraqlarına, suveren dövlət maraqlarına və təhlükəsizlik maraqlarına uyğunlaşdırılıb: “Azərbaycan hazırkı siyasəti bölgədə maraqlarına uyğun şəkildə bölgədə tarazlı, neytral siyasət yürütmək və heç bir qarşı duran bloklara qoşulmamaq, Azərbaycanı və Cənubi Qafqazı qarşıdurma bölgəsi kimi deyil, əməkdaşlıq, tərəfdaşlıq bölgəsi kimi görməkdir və bu istiqamətdə də Azərbaycan siyasətini davam etdirir”.

Bununla belə, Ə.Həsənov Azərbaycanın gələcəkdə hansısa bloka qoşulacağını istisna etməyib: “Gələcəkdə hesab etsək ki, hansısa bloka qoşulmaq doğrudan da Azərbaycanın həm müstəqilliyinə, suveren dövlət hüquqlarının bərpasına, ərazi bütövlüyünün bərpa olunmasına, onun gələcək təhlükəsizliyinin təmin olunmasına xidmət göstərəcək, Azərbaycan dövləti, Azərbaycan xalqı və Azərbaycan xalqının siyasətini müəyyən edən qurumlar mütləq şəkildə buna baxacaqlar”.


Geri qayıt