Əsas Səhifə > Ölkə > «PİKET BAŞ TUTMUŞ HESAB OLUNUR»

«PİKET BAŞ TUTMUŞ HESAB OLUNUR»


7-05-2012, 12:55
«PİKET BAŞ TUTMUŞ HESAB OLUNUR»

MÜXALİFƏT AKSİYADAN MƏMNUN QALIB

İP-nın Koordinasiya Şurasının üzvü, Müsavat başqanının müavini Gülağa Aslanlı AzadlıqRadiosuna deyib ki, piket baş tutmuş hesab olunur:

«Azərbaycanda sərbəst toplaşma azadlığına məhdudiyyət qoyulur. «Eurovision» keçirmək istəyən hakimiyyət vicdan məhbuslarını həbsdə saxlayır. Elə bugünkü aksiyada da gəncləri döydülər».

Gülağa Aslanlı əlavə edib ki, bir neçə nəfəri saxlamağa cəhd olub. Ancaq konkret kimlərinsə saxlanıb-saxlanmadığı barədə dəqiq məlumat yoxdur.

Aslanlının bildirdiyinə görə, hazırda həbsdə olan məhbuslar azadlığa buraxılmasa, bu tədbirlər gündəlik xarakter alacaq: «Vicdan məhbusları azad olunmalıdır. «Eurovision» yarışmasından Azərbaycan xalqının mənafeyi üçün istifadə olunmalıdır».

Ərazidə olan polislər də hələlik saxlananların olub-olmadığı barədə şərh verməyib.

İP-nın ötən il keçirilən aksiyalarında saxlanmış müxalifət fəallarını «Amnesty İnternational» beynəlxalq hüquq-müdafiə təşkilatı vicdan məhbusu elan edib.


Geri qayıt