Əsas Səhifə > Ölkə > SƏFƏR ƏBİYEVƏ QARŞI MİTİNQ PLANLAŞDIRILIR
SƏFƏR ƏBİYEVƏ QARŞI MİTİNQ PLANLAŞDIRILIR8-05-2012, 12:46 |
AKSİYA MAYIN 13-DƏ OLACAQ Məlumata görə, "SeDEP" QHT-lər Koalisiyası mayın 13-də keçirməyi planlaşdırdığı mitinqlə bağlı təşkilat komitəsi yaradıb. Bu barədə koalisiyanın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, təşkilat komitəsinə Yaşar Cəfərli (SeDEP QHT-lər Koalisiyasının prezidenti), Tərlan Eyvazov (“Qorqud” Araşdırmalar Mərkəzinin direktoru), Telman Əbilov (Hərbçilərin Hüquqularını Müdafiə Mərkəzinin direktoru), Cəsur Sümərinli (“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru), Bətulə Cabbarova (“İtkin düşmüş vətəndaşların ailələrinə dəsətək” ictimai birliyinin sədri), Qalibə Budaqova (“Azərbaycan Milli Qəhrəman Ailələrinin sosial müdafiəsi” ictimai birliyinin sədri), Daşdəmir Əliyev (“Silahlı Qüvvələr Veteranları” ictimai birliyinin sədri) daxil olublar. Təşkilat komitəsi mitinqə hazırlıq işlərinə start verib. Bildirildiyinə görə, təşkilatçılar QHT sektorundan mitinqə dəstək almaq üçün görüşlərə başlayıb. Xatırladaq ki, “SeDEP” QHT-lər Koalisiyası mayın 1-də mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova xəbərdarlıq məktubu göndərib. Məktubda mitinqin Müdafiə Nazirliyinin giriş qapısından ən azı 300 metr aralıda, nəqliyyatin hərəkətinə mane olmayan ərazidə təşkil ediləcəyi qeyd olunur. Eyni zamanda bildirilir ki, həmin yer məqsədəuyğun hesab edilmədikdə digər yerdə də mitinq keçirilməsi mümkündür. Mitinq dinc xarakterli olacaq, mitinqdə səsləndiriləcək şuarlar mitinqin məqsəd və vəzifələrinə uyğun olaraq “Hərbçilərin və onların ailələrinin pozulmuş hüquqları bərpa olunsun!”, “Məzuniyyət pulları ödənilsin!”, “Maaşlar artırılsın!”, “Hərbçilərə mənzil verilsin”, “Özbaşınalığa son qoyulsun!”, “Orduda korrupsiyaya son qoyulsun!”, “Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri dərhal icra olunsun”, “Müdafiə Nazirliyinin aparatı mülkiləşdirilsin!”, “Məcburi xidmətə SON!”, “Gələcəyimiz – Müqaviləli Ordu!” və sair bu kimi sosial yönümlü şüarlardan ibarət olacaq. Mitinq saat 15:00-də təşkil ediləcək və 17:00-a qədər davam edəcək. Mitinqdə 500 nəfərə qədər insanın iştrakı nəzərdə tutulmuşdur. Qanunvericiliyə əsasən Bakı Şəhər İcra Hakimiyyəti xəbərdarlıq məktubuna cavabını mitinqin təyin olunduğu günə ən geci iki iş günü qalmış – yəni mayın 10-u, iş gününün sonuna qədər göndərməlidir. Geri qayıt |