Əsas Səhifə > Ölkə > BAKI FOND BİRJASINDA “BESPREDEL”

BAKI FOND BİRJASINDA “BESPREDEL”


15-05-2012, 12:08
BAKI FOND BİRJASINDA “BESPREDEL”

BFB-NİN SİMVOLİK FƏALİYYƏTİ KİMƏ LAZIMDIR?

10 may 2012-ci il tarixində Bakı Fond Birjasında birja rəhbərliyi və Azərbaycan qiymətli kağızlar bazarının peşəkar iştirakçıları ilə qiymətli kağızların birja bazarında şəffaf qiymətin formalaşdırılması mövzusunda növbəti işçi görüş keçirilib. Fond birjası 2001-ci ildən fəaliyyət göstərir. Amma nə birja listinqi, nə də kotirovka vərəqi var.

Ötən həftəki görüşdə tərəflər səhmlərin real bazar qiymətinin müəyyən edilməsi yollarını müzakirə ediblər. Bu gün səhmdar cəmiyyətlərinin təxminən 95%-nin səhmlərinin alqı-satqısı üzrə əqdlər nominal qiymətlə bağlanır. Bu onunla nəticələnir ki, investorlar bazar barədə səhih məlumat ala bilmirlər.

“Chelsea Capital” broker şirkətinin direktoru İntiqam Səfərəliyev Turan-a bildirib ki, emitentlərlə işi fəallaşdırmaq təklif edilib. Məqsəd səhmlərin ədalətli qiymətinin formalaşmasına maraq yaratmaqdır.

Azərbaycanda emitentlər və SC-lərin səhm nəzarət paketi sahibləri səhmlərinin bazar qiyməti ilə maraqlanmır. Bir sıra səhm nəzarət paketi sahibləri bazar qiymətinin formalaşmasını sabotaj edirlər. Çünki onları ucuz alıb qiymətini qaldırmaqda maraqlıdırlar. Bu isə qiymətlə manipulyasiyaya gətirib çıxarır.

Azərbaycanda səhmdar cəmiyyətləri 1997-ci ildən özəlləşdirilən dövlət müəssisələrinin bazasında yaradılıb. Turan-ın hesablamasına görə, 1600 SC-dən təxminən 300-ü aktiv əməliyyat aparır.


Geri qayıt