Əsas Səhifə > Ölkə > SEYSMOLOQUMUZUN GÜLMƏLİ İŞ PRİNSİPİ

SEYSMOLOQUMUZUN GÜLMƏLİ İŞ PRİNSİPİ


15-05-2012, 12:46
SEYSMOLOQUMUZUN GÜLMƏLİ İŞ PRİNSİPİ

“TƏKANLARIN 7 BALDAN YUXARI OLACAĞINA İNANMIRAM”

“Zaqatala bölgəsində seysmik gərginlik hələ də var. Gərginlik Şəki tərəfə miqrasiya edir. Şəkidə də gərginlik toplanması müşahidə olunur”. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, təkanlar davam etsə də gərguinlik hələ qalır: “Bu vəziyyət hələ bir neçə ay davam edəcək. Təkanlar olacaq, enerji boşalması getməlidir”

Q. Yetirmişli deyib ki, baş verən zəlzələləri daha dərindən analiz etmək üçün bölgədə daha 2 seysmik stansiya quraşdırılacaq. Zəlzələ bölgəsində mayın 7-dən sonra 5 əlavə seysmik stansiya quraşdırılıb. Dünən bölgəyə profillər üzrə işləyən daha bir stansiya gətirilib. Sabah isə daha 2 stansiya gətiriləcək və Zaqatalaya yaxın bölgələrdə quraşdırılacaq: “Bu stansiyalar ocaq zonasını daha dəqiq analiz etmək üçün qurulur. Bunlarla yanaşı, mərkəzin Zaqatalada, Qəbələdə, İsmayıllıda, Mingəçevirdə, Şəkidə, Xınalıqda, Quba, Qusar, Dəvəçidə stasionar stansiyaları da var. Bu ərazi tam stansiyalar şəbəkəsi ilə əhatə olunub. Amma episentr zonasında gedən proseslər üçün bu müvəqqəti stansiyalar quraşdırılır. Bunlar tam analiz üçün kifayət edir”.

Baş direktorun sözlərinə görə, Zaqatala bölgəsindəki seysmik aktivliyin Mingəçevir Su Anbarı üçün hər hansı təhlükəsi yoxdur: “Bu zəlzələlər qərbə tərəfə deyil, cənubi-şərqə doğru hərəkət edir. Odur ki, hələlik təhlükə yoxdur. Həm də mayın 7-dən sonra baş verən təkanların 7 baldan yuxarı olacağına inanmıram. 4-5 ballıq zəlzələlərin olması isə istisna olunmur”.


Geri qayıt