Əsas Səhifə > Ölkə, Manşet > ZİYA MƏMMƏDOVUN QOÇULARI İŞ BAŞINDA

ZİYA MƏMMƏDOVUN QOÇULARI İŞ BAŞINDA


15-05-2012, 14:48
ZİYA MƏMMƏDOVUN QOÇULARI İŞ BAŞINDA

NN MÜFƏTTİŞLƏRİ TAKSİ SÜRÜCÜLƏRİNİ DÖYƏ-DÖYƏ HAQQ ALIRLAR

DİA.AZ: - Azərbaycanın nəqliyyat sektorunda aparılan islahatlar bir sıra yeniliklərlə müşahidə olunsa da hələ ki, ölkədə bu sahədə sivil münasibətlərin tənzimlənməsindən danışmağa dəyməz. Çünki islahatlar təkcə nəqliyyat sektorunda müasir texniki avadanlıqların tətbiqindən ibarət deyil, burada həmçinin insan faktoru önə şəkilməli, insanlarla münasibət yüksək səviyyəyə çatdırılmalıdır.

Ona görə ki, həyata keçirilən bütün islahatlar, tətbiq edilən müasir texniki avadanlıqlar insanların rahatlığını təmin etmək, onların təhlükəsizliyini daha etibarlı şəkildə qorumaqdan ibarətdir. Ancaq deyəsən, Azərbaycanda tamamilə buna zidd qaydaların tətbiq edildiyini müşahidə edirik. Bir sözlə, ölkənin nəqliyyat sektoruna intellektual idarəetmə sisteminin tətbiqi deyəsən bu sahədə çalışan, dünyanın ən ağıllı varlığı hesab olunan insanları əməlli-başlı çaşdırıb. Dediklərimizi əyani surətdə təsdiq etmək üçün Beynəlxalq Avtovağzal ərazisində yarımca saat dolaşmaq kifayətdir ki, hər şeyi öz gözünlə görəsən.

Elə mənim də dünən təsadüfən yolum avtovağzala düşdü və orada baş verən biabırçılığın şahidi oldum. Avtovağzaldan 20 yanvar metrostansiyasına gələn dayanacağa yenicə çatmışdım ki, böyük bir tıxacın olduğunu gördüm. Bir az irəli çıxdıqda məlum oldu ki, tıxacı qarşıdakı minik avtomobili yaradıb. Ancaq qəsdən yox, zor gücünə. Avtomobildə isə iki nataraz gəncdən biri sürücünün başını qoltuğunun altına alıb, digəri isə onun ciblərini və sənədlərini eşələyir. Bu proses 5-6 dəqiqə davam etdikdən sonra hadisə yerinə əlində “ratsiya” olan daha iki nəfər yaxınlaşdı və maşını kənara çəkdilər.

Dörd nəfər sürücünü döyə-döyə köynəyini cırıb sənədlərini götürdülər. Ancaq proses bununla bitmədi, mülki formada olan həmin şəxslər eynəyi gözlərinə deyil, başlarına taxaraq növbəti “şikarı” gözləməyə başladılar. Maraqlı məqam ondan ibarətdir ki, hadisə açıq-aşkar şəkildə insanların gözü qarşısında baş verir, dayanacaqda avtobus gözləyən sərnişinlər isə baş verənləri sadəcə seyr etməklə küfayətlənidilər. Mənim hadisəyə müdaxilə etmək istəyim isə sərt formada “ get, öz işinlə məşğul ol” cavabını almaqla nəticələndi. Elə həmin sərnişinlərdən öyrənə bildim ki, mülki formada olan bu şəxslər Nəqliyyat Nazirliyinin müfəttişləridir və reketçilik edərək sürücülərdən “xalturaya” görə haqq tələb edirlər. Bundan imtina edənləri isə əməlli-başlı cəzalandıraraq, təpik-yumruqla başa salırlar. Eyni proses hər gün dəfələrlə təkrar olunduğundan sərnişinlər baş verən hadisəyə biganə qalırlar. Ətrafda müştəri gözləyən “arabaçılar” bildirdilər ki, ərazidə belə hadisələr hər gün baş verir, Nəqliyyat Nazirliyinin “qoçuları” sürücüləri döyərək haqq alırlar: “Dünən bir sürücünü o qədər döymüşdülər ki, az qala ürəyi partlayacaqdı. Hətta bizə imkan vermədilər ki, ona bir qurtum su verək. Belə zoraılıq ən çox rayonlardan “kliyent”gətirən sürücülərə qarşı olur. Polislər də müfəttişləri müdafiə edir”. Elə özüm də polislərin müfəttişləri müdafiə etməsinin və hətta bundan şəxsi maraqları üçün istifadə etdiklərinin şahidi oldum. Belə başa düşdüm ki, sözügedən ərazi həm nəqliyyat müfəttişləri, həm də yol pölisləri üşün real qazanc mənbəyidir.

Təsəvvcür edin, müfəttişlər maşında sürücünü döyür, ictimai asayişə nəzarət edən polislər isə sahibsiz maşınları ərazidən oğurlayaraq cərimə meydançasına aparır. Burada söhbət sözün əsil mənasında maşın oğurluğundan gedir. Ərazini kənardan nəzarətdə saxlayan yol polis işçisi taksilərin arasına girən “çujoy” maşınları dərhal evakuatora mindirərək aparır. Bu proses o dərəcədə “peşəkarcasına” həyata keçirilir ki, cəmi iki dəqiqə vaxt sərf olunur. Əks halda sürücü yaxında ola bilər və yol polisləri “çörəkdən” olarlar. Ona görə də evakuatoru müşayət edən polis işçisinin bir ayağı maşında o birisi isə yerdə olur. Çünki polisi ətrafda baş verən, insanların narahatlığıma səbəb olan hadisələrə müdaxilə etmək, ictimai asayişi təmin etmək yox, baş verənlərdən istifadə edıb maksimum çox qazanc götürmək maraqlandırır. Belə olmasaydı, polisin “niyə baş verənlərə müdaxilə etmirsiniz” sualımıza “onun bizə aidiyyatı yoxdur, bizim öz işimiz var” cavabını verməzdi.

Onu da qeyd edim ki, bu prosesdə ətrafda lovbər salmış taksi sürücüləri də köməkçi qismində çıxış edirlər. Bunun müqabilində isə ərazidə istədikləri yerdə taksini saxlayır, istədikləri yerdən “kliyent” götürürlər. Onlara “qaşın üstündə gözün var” deməyən polislər kənar maşınları cərimə meydançasına daşıyırlar.

ALİM – DİA.AZ


Geri qayıt