Əsas Səhifə > Ölkə, Manşet > «ZƏFƏRAN» APTEKLƏRİNDƏ BÖYÜK TALAN

«ZƏFƏRAN» APTEKLƏRİNDƏ BÖYÜK TALAN


20-05-2012, 14:24
«ZƏFƏRAN» APTEKLƏRİNDƏ BÖYÜK TALAN

ELSEVƏR AĞAYEVİN DƏRMAN BİZNESİNİN ACI FƏSADLARI

DİA.AZ: - Son zamanlar dərman bazarında böyük bir çalxalanma var ki, əslində bu təlatümün arxasında dayanan yeganə maraq ən gəlirli biznes sahələrindən olan bu istiqamətin bir əldə cəmləşməsinə nail olmaqdan ibarətdir. Belə ki, səhiyyə nazirliyində qərar tutan bir qrup işbaz dərman biznesini monapoliyaya ala bilməsi üçün rəqiblərinə qarşı açıq-aşkar administrativ rıçaqları istifadə etməkdədirlər.

Yəqin ki, sizlərin də diqqətini davamlı olaraq mətbuatda yer alan «Səhiyyə nazirliyi daha 10 aptekin fəaliyyətinə qadağa qoydu», «Nazirlik 6 aptekin fəaliyyətində qanunsuzluq aşkarladı» kimi başlıqlar diqqətinizi cəlb edib. Əslində bütün bunlar Oqtay Şirəliyevin rəhbərlik etdiyi qurumdan inhisarçıların bir alət kimi istifadəsinin təzahürüdür.

Məlumdur ki, artıq dərmanın topdan və pərakəndə satışı bazarında ciddi silkələnmələr müşahidə olunur. Dünənə qədər topdansatış biznesində kifayət qədər ciddi mövqe sahibi olan «RiadFARM», «LiderFARM» kimi şirkətlər artıq çox cüzi payla kifayətlənməli olurlar. Bunun əvəzində isə səhiyyə nazirinin Əli İnsanovdan qalma yeganə müavini olan Elsevər Ağayevin dəstək verdiyi və başında şəkili deputat Cavanşir Feyziyevin dayandığı «Avromed» şirkəti nəinki bazarda hökmranlıq edir, eyni zamanda dövlət qurumları da bu şirkətlə əməkdaşlıq etməklə, əslində bəlli inhisarçılıq siyasətinə dəstək vermiş olurlar.

Bu azmış kimi Elsevər Ağayev eyni zamanda dərmanın pərakəndə satışı sahəsində də inhisarçıların keşiyində dayanıb. Onun da ortaqlarından biri olduğu «Zəfəran» aptekləri şəbəkəsinin bu gün dərman bazarının əsas aparıcı fiquruna çevrilməsi artıq faktdır. İllərdir aptek fəaliyyəti göstərən şirkətlər isə müxtəlif üsullarla, ən əsası isə səhiyyə nazirliyinin müfəttişlərinin əli ilə bazardan sıxışdırılıb çıxarılmaqdadır. Oqtay Şirəliyevin qapılarını möhürlədiyi hər bağlanan aptekin yerində isə «Zəfəran» apteklər şəbəkəsinə aid obyektin fəaliyyətə başlaması isə artıq adi hal alıb.

Bununla bağlı DİA.AZ-a məlumat verən mötəbər mənbə bildirir ki, «Zəfəran» apteklər şəbəkəsi ilə yanaşı, bir başqa məmurun arxasında dayandığı «Sabah» apteklər şəbəkəsinin əslində başlıca missiyaları dərman bazarının şəriksiz lideri olmaqla yanaşı, bu gün vətəndaşlara öz qiymətlərini də diqtə etməkdən ibarətdir:

«Ani bir reydin keçirilməsi də kifayət edər ki, hər iki apteklər şəbəkəsinə aid satış məntəqəsində əhaliyə təklif olunan dərmanların qiymətlərinin baha olduğuna şahidlik edəsən. Əgər səhiyyə nazirliyi həqiqətən də bu işdə tərəfsizdirsə, heç bir marağı yoxdursa, o zaman zəhmət çəkib bu gün dərman bazarında süni bahalaşma yaratmaqla, onsuz da sağlıqları problem içində olan vətəndaşlara divan tutan hər iki aptek şəbəkəsində yoxlama aparsın və özləri də real nəticədən məsələnin nə yerdə olduğunu görə biləcəklər».

Lakin belə bir yoxlamanın qeyri-mümkün olduğunu bildirən mənbəmiz bildirdi ki, əslində bütün bu işlərdə nazirin özü də əsas payçıdır: «Əgər Oqtay Şirəliyev Elsevər Ağayevlə bacarmırsa və yaxud da belə bir görüntü yaranırsa, deməli, ya pis nazirdir, ya da bu işlərdə yaxşı bir ortaqdır».


Geri qayıt