Əsas Səhifə > Ölkə, Manşet > QUBALILAR DEPUTATA HƏDƏ YOLLADILAR
QUBALILAR DEPUTATA HƏDƏ YOLLADILAR20-05-2012, 14:51 |
«KİŞİ KİMİ VERDİYİN SÖZÜN ÜSTÜNDƏ DUR, MƏHBUSLARI AZAD ET» DİA.AZ: - Qubada vəziyyət yenidən qarışa bilər. Bu barədə məlumatı DİA.AZ-a rayondakı qaynaqlar ötürüb. Mənbəmiz bildirir ki, bu günlərdə 1 Mart olayları nəticəsində devrilmiş icra başçısı Rauf Həbibovun yerinə Mingəçevirdən transfer olunan Mübariz Ağayev qubalıların əsəbləri ilə oynayıb. Onu da xatırladaq ki, Rauf Həbibov hakimiyyət içində qərar tutan bəzi qüvvələrin təhriki ilə süni şəkildə yaradılmış gərginliyin qurbanı oldu. Və bu işdə çox ciddi güc mərkəzlərinin də ortaq hərəkət etməsi barədə xəbərlər var. Hətta adı Quba olaylarını yönləndirən əsas hərəkətverici qüvvələrdə biri kimi hallandırılan qubalı deputat Vahid Əhmədov qarşı da çox ciddi ittihamlar səslənib ki, nədənsə 1 Mart olayları zamanı Qubaya rəsmi Bakının «sülhməramlı elçisi» kimi göndərilən millət vəkilinin özü bu barədə səslənən ittihamların qarşılığında susmaqla yanaşı, adamlarını ittihamı işıqlandıran mətbuatın üzərinə salmaqla məşğuldur. İndi isə gələk Qubadan aldığımız son xəbərə. Rayondakı qaynaqlardan əldə etdiyimiz məlumatlarda deyilir ki, yeni icra başçısı Mübariz Ağayev Quba məscidinin yaxınlığında konsert yeri inşa etdiribmiş: «Elə bununla da vəziyyət qarışıb. Əslində qarışdırılıb. Yenə də bu işdə əsas fəallıq edən şəxs deputat Vahid Əhmədov olub». Xatırladaq ki, bu günlərdə belə bir məlumat yayılmışdı ki, Vahid Əhmədov məclislərin birində «Rauf Həbibovu mən devirmişəm» deyərək sinəsinə döyüb və hətta yeni icra başçısını da hədələyib. İndi isə aydın olur ki, deputat bu iddialarında haqlı imiş. Çünki son olaylar zamanı da Vahid Əhmədov qüdrətini göstərməyə müvəffəq olub. Belə ki, məlumatı verən qaynağın redaksiyamıza bildirdiyinə görə, yerli sakinləri yeni icra başçısının üzərinə ayaqlandıran Vahid Əhmədov bununla əzələ nümayiş etdirmiş olub. Lakin rayondan aldığımız bir başqa məlumatda isə bildirilir ki, qubalıların böyük əksəriyyəti bu gün Vahid Əhmədovun hansı oyunları oynamasını yaxşı bildiklərindən elə onun özünə də çox ciddi ismarıclar yollayıblar. Mənbəmiz bildirir: «Deputat hələ 1 Mart olayları zamanı qubalıların qarşısına çıxaraq bildirmişdi ki, kimsə həbs olunmayacaq. Amma bu gün 30-a yaxın qubalı məhbəsdədir. İndi Vahid Əhmədovdan yerli camaat tələb edir ki, kişi kimi söz vermişdi və bu sözünün üstündə dayansın». Qarşı tərəfi də dinləməyə hazırıq. Bizi izləyin… Geri qayıt |