Əsas Səhifə > Ölkə, Manşet > BAKIDA İRAN ŞİRKƏTLƏRİ BOYKOT OLUNUR

BAKIDA İRAN ŞİRKƏTLƏRİ BOYKOT OLUNUR


24-05-2012, 14:32
BAKIDA İRAN ŞİRKƏTLƏRİ BOYKOT OLUNUR

İRAN MALLARI VƏ İRAN ŞİRKƏTLƏRİ AZƏRBAYCANDAN RƏDD OLSUN!

DİA.AZ: - Artıq İranın antiAzərbaycan fəaliyyəti sıravi vətəndaşlarımızın da qəzəbinə səbəb olub. Bu barədə redaksiyamıza müraciət edən bir qrup paytaxt sakini bildirir ki, onlar «Binə» və «Sədərək» ticarət mərkəzində çalışan sahibkarların adından danışırlar.

Sahibkarların sözçüsü Elton Nəcəfov DİA.AZ-a açıqlamasında yeni təkliflərinin olduğunu söyləyib: «İran neçə əsrdir ki, Azərbaycan torpaqlarını və milyonlarla Azərbaycan türkünü əsarətində saxlayır. İndi də Azərbaycanın müstəqil olan hissəsinə tamah salıb. Və ona görə də, son zamanlar prezidentimiz İlham Əliyevə və dövlətimizə qarşı təhqiredici ifadələr işlətməklə Azərbaycan Respublikasının beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək istəyirlər».

Sahibkarların sözçüsü bildirir ki, ona görə də sözügedən ticarət mərkəzində iş sahibi olan bir qrup sahibkar sözü bir yerə qoyaraq İran məhsullarını boykot etmək fikrinə düşüblər: «Əgər söhbət Azərbaycan dövlətindən və millətimizdən gedirsə, biz farsların malını alıb-sataraq pul qazana bilmərik. Biz həmin pulları balalarımıza yedirdə bilmərik. Ona görə də bu gündən digər sahibkar yoldaşlarımıza da İranla biznes əlaqələrini kəsməyi məsləhət görmüşük və əlimizdə olan malları da pulsuz olaraq imkansız ailələrə satacağıq və yaxud da geriyə qaytaracağıq».

Hər halda, iş adamlarımızın belə bir təşəbbüsü alqışlanasıdır. Amma bu prosesə məmurlarımızın da cəlb olunması vacibdir. Ən azından bu bir faktdır ki, bu gün Azərbaycanda İrana bağlı və Türkiyə vətəndaşlığını almış Oromi qardaşlarının şəriklik etdiyi «Hyundai Auto Azerbaijan», «Bacu Eletronics», «Banc of Bacu», «XalqBank» və digər bu kimi iqtisadi qurumlar fəaliyyətdədir. Və həmin qurumların da fəaliyyətinin dondurulması və yaxud da qadağan edilməsi üçün dövlətin hərəkətə keçməsi zəruridir.

Geri qayıt