Əsas Səhifə > Cəmiyyət > 6 İL ƏVVƏLKİ DÖVLƏT ÇEVRİLİŞİ

6 İL ƏVVƏLKİ DÖVLƏT ÇEVRİLİŞİ


17-10-2011, 13:37
6 İL ƏVVƏLKİ DÖVLƏT ÇEVRİLİŞİ

FƏRHAD ƏLİYEVLƏ ƏLİ İNSANOVUN ÜÇÜN UNUDULMAZ TARİX

DİA.AZ: - Bu gün bəlkə də bir çoxları üçün sıradan tarixdir. Amma hazırda məhbəs həyatı sürən iki keçmiş nazir məhz bu tarixi həyatları boyunca hər zaman xatırlayacaqlar. Söhbət keçmiş səhiyyə naziri Əli İnsanovla, keçmiş iqtisadi inkişaf naziri FərhadƏliyevdən gedir.

Düz altı il əvvəl onlar hazırda siyasi mühacir həyatı yaşayan, sabiq parlament sədri Rəsul Quliyevlə işbirliyində və «dövlət çevrilişinə cəhd» maddəsi ilə ittiham olunaraq həbs edildilər. Doğrudur, sonradan onlar korrupsiya ittihamı ilə mühakimə olunaraq 11-12 il iş aldılar. Amma buna baxmayaraq, hələ də «dövlət çevrilişinə cəhd» ittihamı aradan qalxmayıb və rəsmi mənbələr Rəsul Quliyevin həbsindən sonra keçmiş nazirlərin bu maddə ilə də mühakimə olunacağını bildirir.


Geri qayıt