Əsas Səhifə > Ölkə, Manşet > RAMİZ MEHDİYEVLƏ BAĞLI PLAN DƏYİŞMƏYİB

RAMİZ MEHDİYEVLƏ BAĞLI PLAN DƏYİŞMƏYİB


4-06-2012, 12:55
RAMİZ MEHDİYEVLƏ BAĞLI PLAN DƏYİŞMƏYİB

«BOZ KARDİNAL» UZAĞI İKİ AYA İŞ YERİNİ VƏ TƏSİR İMKANLARINI ƏLDƏN VERİR

DİA.AZ: - Hakimiyyət içində uzun müddətdir cərəyan edən ikitirəliyə nəhayət ki, son qoyula bilər. Söhbət mətbuatda özünün hakim cameəyə təsir imkanları baxımından «boz kardinal» kimi təqdim olunan Prezidet Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən və onunla bağlı planlardan gedir.

Xatırladaq ki, Ramiz Mehdiyevin gedəcəyi ilə bağlı uzun müddətdir qəzetlər, xəbər portalları, informasiya agentlikləri məlumatlar yaysa da, bu istiqamətdə heç bir tərpəniş müşahidə olunmur. Əksinə, Mehdiyev günü-gündən mövqelərini gücləndirir kimi görünür. Sonuncu dəfə isə onun 10 May - mərhum prezident Heydər Əliyevin doğu günü ilə əlaqədar tarixdə açılışı həyata keçirilən Heydər Əliyev Mərkəzinə rəhbər gedəcəyi söylənilsə də, bu baş vermədi.

«Əslində sözügedən mərkəz hələ fəaliyyətə başlamayıb» deyən hakimiyyət düşərgəsindəki məlumatlı mənbə iddia edir ki, sadəcə olaraq binanın tələsik şəkildə açılışı həyata keçirildi: «Məlumdur ki, «Avroviziya» yarışması səbəbindən binada tamamlama işləri həyata keçirilmədən açılış oldu. Amma mərkəz hələ fəaliyyətə başlamayıb və açılışın olmasına baxmayaraq, binada hələ də inşaat işləri davam etdirilir».

Mənbə DİA.AZ-a bildirir ki, təxminən iki ayın içində bina tam hazırlıqlı vəziyyətə gətiriləcək: «Elə həmin ərəfədə də Heydər Əliyev Mərkəzi rəsmən elan olunacaq, eyni zamanda prezidentin fərmanı ilə mərkəzin səlahiyyətləri də müəyyən olunacaq. Və mərkəzə rəhbər kimi eyni gündə Ramiz Mehdiyev təyin olunacaq».

Bununla Mehdiyevin gedişinə tədarükün hələ də gündəmdə olduğunu bildirən mənbəmiz onu da vurğuladı ki, əslində sözügedən kadr islahatı hakimiyyət daxilində vahid komandanlığı da tam olaraq bərpa edəcək: «Doğrudur, bu gün Kəmaləddin Heydərov, Ziya Məmmədov kimi məmurlar güc təsiri bağışlayır. Amma onların qələmi preidentin əlindədir və bir an içində bu günün möhtəşəm gücləri tam təsirsiz bir şəxsə çevrilə bilərlər. Hər halda, zamanında sözü ilə qayaları parçalayan keçmiş səhiyyə naziri Əli İnsanov kimilərinin aqibətini unutmaq olmaz. Elə yetərincə güc təsiri bağışlayan keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasov da zamanında həlledici fiqurlardan biri idi».

DİA.AZ - Ramiz Təhməzov RAMİZ MEHDİYEVLƏ BAĞLI PLAN DƏYİŞMƏYİB

Geri qayıt