Əsas Səhifə > Ölkə, Manşet > BAKI DÖVLƏT UNİVERSİTETNİDƏ ŞOK HADİSƏ

BAKI DÖVLƏT UNİVERSİTETNİDƏ ŞOK HADİSƏ


4-06-2012, 13:23
BAKI DÖVLƏT UNİVERSİTETNİDƏ ŞOK HADİSƏ

NAZİR YAVƏR CAMALOVUN OĞLU PROFESSORU DÖYDÜ

Nişanlısını dərsdən qovan müəllim müdafiə sənayesi nazirinin oğlu tərəfindən cəzalandırıldı

DİA.AZ: - Bakı Dövlət Universitetinin profesoru xüsusi amansızlıqla döyülüb. Hadisə universitetin beynəlxalq hüquq fakultəsində baş verib. Mənbənin DİA.AZ-a ötürdüyü məlumata görə, universitet müəllimi nazir oğlu tərəfindən xüsusi amansızlıqla döyülüb. Belə ki, nazir oğlunun Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakultəsində 3-cü kurs tələbəsi olan nişanlısı dərsdə saqqız çeynəyib və müəllim bunu görüb.

Müəllimin etirazına qızın saqqız çeynəyə-çeynəyə cavab verməsi qalmaqalla nəticələnib. Əsəblərini cilovlaya bilməyən müəllim tələbəni dərsdən qovub. Əvvəlcə auditoriyadan çıxmaq istəməyən tələbə qız müəllimlə dalaşıb və onu söyüb dərsdən çıxıb. Elə hadisə də bundan sonra baş verib. Məlumata görə, qız məsələ ilə bağlı nişanlısı-müdafiə sənayesi naziri Yavər Camalovun oğluna məlumat verib və onu universitetə çağırıb. Bir neçə qoluzorlu ilə birlikdə universitetə gələn nazir oğlu nişanlısının dərsdən qovulmasını özünə təhqir bilib universitetə daxil olub.

Nazir oğlu yanındakı idmançı görkəmli dostları ilə birlikdə auditoriyaya soxulub müəllimə hücum ediblər. Məlumata görə, o dəstəsilə birlikdə müəllimi tələbələrin gözü qarşısında döyməyə başlayıb. Nazir oğlu və onun dostlarının özbaşınalığına dözməyən tələbə oğlanlar müəllimi onların əlindən almağa çalışsalar da, mümkün olmayıb. Müəllimin xüsusi amansızlıqla döyüldüyünü görən tələbələr məcburiyyət qarşısında hadisə yerinə polis çağırmalı olub. Mənbənin dediyinə görə, Yavər Camalovun oğlu müəllimi bir saatdan artıq döyəndən sonra onu döşəmədə atıb universiteti tərk edib. Professora xəbərdarlıq edilib ki, şikayət ediləcəyi təqdirdə onun və ailəsinin həyatı təhlükə altında olacaq.

Geri qayıt