Əsas Səhifə > Ölkə > "İBADƏT YERLƏRİ İLƏ BAĞLI QƏRAR VERİLƏCƏK"
"İBADƏT YERLƏRİ İLƏ BAĞLI QƏRAR VERİLƏCƏK"5-06-2012, 13:03 |
“QANUN ÇƏRÇİVƏSİNDƏ”... "İbadət yerləri ilə bağlı qərarlar qanun çərçivəsində veriləcək". SalamNews-un verdiyi xəbərə görə, bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib. O deyib: “Bu proseslərə həm Azərbaycanın adət-ənənələrinin saxlanması prinsipi ilə, həm də qanunun tələbləri prinsipləri ilə baxılacaq. Onlar əlavə araşdırmalar tələb edirlər. Şikayətlər var idi ki, Azərbaycanda, xüsusilə, Bakıda ibadət üçün yerlər azdır. Prezident İlham Əliyevin Bakıda ən böyük məscidin tikintisi barədə qərarı, eyni zamanda Türkiyə-Azərbaycan dostluğunu göstərən məscid olacaq. Bu məscid tikildikdən sonra insanların bununla bağlı probleminin böyük bir qismi həll olunacaq". Geri qayıt |