Əsas Səhifə > Ölkə > NAZİRİN ADAMI REDAKSİYANI HƏDƏLƏYİB

NAZİRİN ADAMI REDAKSİYANI HƏDƏLƏYİB


5-06-2012, 13:14
NAZİRİN ADAMI REDAKSİYANI HƏDƏLƏYİB

RƏFİQ ADLI ŞƏXS QOÇULUQ EDİR

“OLAYLAR” İnformasiya Agentliyinin bu gün yaydığı “Yavər Camalovun oğlu professoru döydü” sərlövhəli xəbəri qarşı tərəfin kəskin hiddətinə səbəb olub.

Dünən axşam saatlarında dəfələrlə redaksiyaya zəng edən və baş redaktoru xəbər alan şəxslər (biri özünü Yavər Camalovun vəkili kimi və Rəfiq adı ilə təqdim edib) redaksiyanın əməkdaşlarını hədələyiblər və “tez olun o xəbəri saytdan çıxarın” deyə təhdidedici ifadələr işlədiblər. Həmin şəxslərin son cümlələri bu olub: “Yoxsa sizin üçün pis olar”.

Geri qayıt