Əsas Səhifə > Ölkə > NAZİRLİK REKTORLARDAN PUL YIĞIR
NAZİRLİK REKTORLARDAN PUL YIĞIR5-06-2012, 14:12 |
TƏHSİL NAZİRLİYİNİN KURATORU ƏL-AYAĞA DÜŞÜB Xeyli müddətdir Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) arasında gedən mübarizə zaman içində Məleykə Abbaszadənin xeyrinə üstünlüklərlə müşahidə olunur. Qısa müddətdə baş verənlər isə birmənalı olaraq Misir Mərdanovun bir çox səlahiyyətlərinin əlindən alınmasına gətirib çıxaracaq. Hərçənd təhsil naziri vəziyyətidən çıxmaq üçün çalışır. Bu məqsədlə bir sıra atılan addımların isə nəticəsiz qaldığı göz qabağındadır. Elə bu səbəbdəndir ki, vaxtaşırı onun istefaya göndərildiyinə dair xəbərlər yayılır. Amma Təhsil Nazirliyində ən çox narahat olanlar arasında bir başqası daha var. Etibarlı mənbələrdən TİA.AZ-a verilən məlumatda deyilir ki, həmin narahat olanlardan biri də Təhsil Nazirliyinin Özəl Universitetlər üzrə kuratoru İlyar Vahabovdur. Bir zamanlar ABU-dakı «fəaliyyəti» ilə gündəmdə olan və bu universitet sayəsində xeyli varlanan Vahaboun adı yenidən gündəmə gəlib. Səbəb isə TQDK-nın srəncamına verilmiş magistratura məsələsidir. Mənbə bildirir ki, mövcud dəyişiklikdən əvvəl Təhsil Nazirliyi bütün universitetlərdə magistraturaya qəbulu kurasiya edirdi. Yəni, onun illik planını, qəbul qaydalarını və sair məsələləri tənzimləyirdi. Lakin Nazirlər Kabinetinin məlum sərəncamından sonra səlahiyyət bütünlüklə TQDK-ya verildi. Bu isə İlyar Vahabovun əlindən imkanların çıxması deməkdir. Məlumatda deyilir ki, Vahabovla yanaşı, əksər rektorlar da ciddi şəkildə narahatdırlar. Çünki onlar da bu prosesdən heç də kiçik miqdarda pul qazanmırdılar. Elə bu səbəbdən də rektorlar Vahabovla birləşərək bir şeylər etmək istəyirlər. Mənbə iddia edir ki, nazirliyin məlum kuratoru rektorlarla anlaşaraq, onlara problemi həll edəcəyini vəd edib. Əvəzində isə külli miqdarda pul aldığı deyilir. Bildirilir ki, kurator həmin pulla yuxarı dairələri razı salaraq, səlahiyyətin yenidən geri qaytarılmasına cəhd edir. Və magistraturaya qəbul prosesini yenidən öz əlində cəmləşdirməyə çalışır. Amma mənbə bildirir ki, bundan sonrakı mərhələdə belə bir addımın atılması o qədər də inandırıcı görünmür. Mövzu ilə bağlı araşdırmamız advam edəcək. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |