Əsas Səhifə > Cəmiyyət > RÖVNƏQ ABDULLAYEVDƏN MÜJDƏ

RÖVNƏQ ABDULLAYEVDƏN MÜJDƏ


18-10-2011, 16:16
RÖVNƏQ ABDULLAYEVDƏN MÜJDƏ

QAZ SAZİŞİ İMZALANACAQ

Oktyabrın 25-də Türkiyənin Əliağa bölgəsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) investisiyası ilə tikilən neft emalı zavodunun təməlqoyma mərasimi keçiriləcək. “APA-ECONOMICS”in xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, bu, Türkiyədə ən böyük zavodlardan biri olacaq və layihəyə 5,5 mlrd. dollar investisiya qoyulacaq. Ən müasir standartlara cavab verəcək neft emalı zavodu Azərbaycanın Türkiyənin enerji bazarında rolunu möhkəmləndirəcək.

“Dörd ildən sonra ilk qurğuları işə salıb zavodu istismara verəcəyik. Bu, Azərbaycanın enerji sahəsində ən böyük investisiya layihəsi olacaq” - deyə R.Abdullayev qeyd edib.

ARDNŞ prezidenti zavodun təməlqoyma mərasimi çərçivəsində Türkiyə və Azərbaycan arasında qaz razılaşmasının imzalanacağını istisna etməyib: “Azərbaycan tərəfi buna hazırlaşır”.

Geri qayıt