Əsas Səhifə > Ölkə > ARTUR RƏSİZADƏNİN KANTORU QARŞISINDA AKSİYA

ARTUR RƏSİZADƏNİN KANTORU QARŞISINDA AKSİYA


7-06-2012, 14:26
ARTUR RƏSİZADƏNİN KANTORU QARŞISINDA AKSİYA

QƏSƏBƏ SAKİNLƏRİ ETİRAZA QALXDI

Bakının Məhəmmədəmin Rəsulzadə qəsəbəsi, 24/36 saylı məhəlləsinin sakinləri evlərinin sökülməsinə etiraz olaraq cümə axşamı Nazirlər Kabinetinin önündə aksiya keçiriblər.

Aksiyaya məhəllənin 60-a yaxın sakini qatılıb. Evlərin sökülməsi bu ərazidə Bakı metropoliteni üçün yeni deponun tikilməsilə bağlıdır. Adı çəkilən ərazidə məskunlaşmış 50-yə yaxın qaçqın ailəsi Mehdiabadda torpaq sahəsilə təmin edilib.

130-a yaxın yerli əhalidən olan ailəyə yer təklif edilmir. Söküləcək evlərin hər kv. metrinə 500-600 manat həcmində kompensasiyanın verilməsi nəzərdə tutulur. Sakinlər bu ödənişin olduqca az olmasını nəzərə alaraq bugünkü aksiyaya start veriblər.

Sakinlər Nazilər Kabinetinə şikayət ərziələrini təqdim ediblər, həmçinin baş nazirin müavini Abid Şərifov tərəfindən qəbul edilmək üçün ərizə veriblər.

Geri qayıt