Əsas Səhifə > Partiya > “ƏLİ HƏSƏNOVA DEYƏCƏK SÖZÜMÜZ VAR...”

“ƏLİ HƏSƏNOVA DEYƏCƏK SÖZÜMÜZ VAR...”


7-06-2012, 14:41
“ƏLİ HƏSƏNOVA DEYƏCƏK SÖZÜMÜZ VAR...”

KEÇMİŞ PA RƏSMİSİNDƏN AÇIQLAMA

“Biz ancaq savadlı dövlət məmurun təklifini götür-qoy edərik”. Bunu Ziyalılar Forumunun üzvü, politoloq Eldar Namazov Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun iyun ayında ölkə ziyalıları və müxalifətlə görüşəcəyi haqda bir müddət öncə səsləndirdiyi fikirləri şərh edərkən bildirib. Artıq müddət yetişsə də, Ziyalılar Forumuna heç bir təklif gəlmədiyini deyən E.Namazov bildirib ki, Forum üzvləri bu görüşdə o qədər də maraqlı deyillər.

“Ziyalılar Forumu olaraq Əli Həsənovla görüşmək üçün bu zamana kimi kiməsə müraciət etməmişik. Bizim tərəfimizdən də bu məsələ heç vaxt qaldırılmayıb. Çünki yalnız savadı və səlahiyyəti buna imkan verən rəsmi şəxslə təkliflərimizi müzakirə etmək istəyi bildirsə, bunu götür-qoy edərik”.

E.Namazov qeyd edib ki, əgər Əli Həsənovala görüş gerçəkləşərsə, Forum üzvləri bir sıra məsələləri müzakirə etmək istərdi. Politoloqun fikrincə, Ziyalılar Forumu Azərbaycan üçün əhəmiyyətli olan məsələlərin müzakirəsinə hər zaman hazırdır: “Biz iki ildən artıqdır ki, fəaliyyət göstəririk. Bütün görüşlərimizdə Azərbaycanı narahat edən məsələlərə toxunmuşuq. Bu baxımdan Əli Həsənovla görüşdə də ölkəmiz üçün mühüm olan məsələləri müzakirə etmək istərdik”.

Xatırladaq ki, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mediaya açıqlamasında iyun ayında ölkə ziyalıları və müxalifət nümayəndələri ilə görüşəcəyini bildirmişdi. Hazıda Ə.Həsənov məzuniyətdə olduğu üçün belə bir görüş iyunun 18-dək baş tutmayacaq.


Geri qayıt