Əsas Səhifə > Ölkə > VASİF TALIBOV İNDİ DƏ “YEZİDLİK EDİR”

VASİF TALIBOV İNDİ DƏ “YEZİDLİK EDİR”


9-06-2012, 13:01
VASİF TALIBOV İNDİ DƏ “YEZİDLİK EDİR”

NAXÇIVAN SAKİNLƏRİ SUSUZLUQDAN ƏZİYYƏT ÇƏKİRLƏR

Dövlət başçısının Naxçıvan səfəri bir qrup yerli sakini susuz qoyub. Səfər başa çatsa da bir həftədən çoxdur ki, Naxçıvan şəhər Əlincə məhəlləsinin sakinlərinə hələ də su verilmir. Bu xəbəri Turan-ın bölgə müxbirinə məhəllə sakinləri veriblər.

Dövlət başçısının səfərindən bir neçə gün əvvəl binalara suyun verilməsi dayandırılıb. Əcəmi məhəlləsinin (keçmiş Əliabad qəsəbəsi) 1 və 2 saylı binalarında yaşayan sakinlər 8 ildir ki, mənzillərinə məhdudiyyətlə verilən su və digər kommunal xidmətlərin bərbad durumundan şikayət ediblər.

Bina sakinlərindən Nadir Məmmədov bildirib ki, neçə illərdir ki, suyu maşınlar vasitəsilə alırlar. Son 10 gündə durum dözülməz olub, bütün aidiyyatı dövlət orqanlarına müraciət edilib. Naxçıvan rəsmiləri sakinlərə bildiriblər ki, dövlət başçısının bölgəyə səfəri ilə əlaqədar su şəhərin parklarına ağacları suvarmaq üçün və fontan hovuzlarına verilir.

Sakinlər problemin tək su olmadığını, antisanitariya şəraitinin hökm sürdüyünü, övladlarının ətrafdakı zibilliklərdə oynamağa məcbur olduqlarını bildiriblər.

Naxçıvan Su Təsərrüfatı İdarəsində Əlincə məhəlləsində su probleminin olduğunu təsdiqləyiblər və problemin tezliklə aradan qaldırılacağını vəd ediblər.


Geri qayıt