Əsas Səhifə > Dünya > PUTİN LAVROVU İRANA YOLLAYIR

PUTİN LAVROVU İRANA YOLLAYIR


13-06-2012, 12:54
PUTİN LAVROVU İRANA YOLLAYIR

TEHRANDA SURİYA MƏSƏLƏSİ DƏ MÜZAKİRƏ OLUNACAQ

Rusiyanın Xarici İşlər Naziri Serqey Lavrov bu gün İrana səfər edir. Lavrovun Tehrandakı danışıqlarının əsas mövzusu İranın nüvə proqramına dair danışıqların iyunun 18-19-da Moskvada keçiriləcək növbəti raunduna hazırlıq olacaq. Suriyadakı vəziyyətə də geniş yer veriləcək.

İran Suriyada Bəşər Əsəd hökumətinin ən yaxın müttəfiqlərindən sayılır, Rusiya isə dəfələrlə qərb ölkələrinin təklif etdiyi Suriyaya qarşı sərt tədbirlərin əleyhinə çıxıb.

Lavrovun İran səfərindən əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Moskva “Bəzi yaxın şərq rejimlərinin vəkili deyil”, lakin “beynəlxalq hüquq normalarına və prinsiplərinə riayət edilməsini də” təkid edir.

Geri qayıt