Əsas Səhifə > Ölkə, Manşet > DAVALI NAZİRLƏR BARIŞIB
DAVALI NAZİRLƏR BARIŞIB20-10-2011, 13:53 |
PA RƏHBƏRİ FHN ŞEFİ İLƏ DİN RƏHBƏRİNİ EYNİ MASA ARXASINA OTURDUB DİA.AZ: - Məmurların bir-biriləri ilə konflikt yaşaması ilk dəfə deyil ki, mətbuat səhifələrinə yol tapır. Dəfələrlə bu səpgidən olan məlumatlar ictimailəşib. Məsələn, bir zamanlar Dövlət Gömrük Komitəsinə rəhbərlik edən Kəmaləddin Heydərovla hazırda həbsdə saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin münasibətləri gərgin idi. İş o həddə çatmışdı ki, onlar mətbuatda bir-birilərinin əleyhlərinə hətta kampaniya ad aparırdılar. Doğrudur, bu gərginliklə bağlı həmin dövrdə jurnalistlərə açıqlama verən Kəmaləddin Heydərov baş verənləri yalanlamışdı və bildirmişdi ki, o, hətta Fərhad Əliyevlə birgə həmin qəzet yazılarını oxuyub gülür. Amma ondan fərqli olaraq Fərhad Əliyev yazılanları inkar etməməklə yanaşı, əmaləddin Heydərovun məlum reaksiyasını gülüşlə qarşılamaqla, əslində yazılanların həqiqət olduğunu diqqətlərə çatdırmışdı. Onu da bildirək ki, məmurlar arasındakı gərginliklər hər zaman mətbuat səhifələrində çözülüb. Və bu səbəbdən daha çox zərər görən də elə qəzet əhli olub. Məsələn, onlarla jurnalist var ki, məhz bir məmurun sifarişi ilə digərinə qarşı kampaniyada iştirak etməsi səbəbindən böyük zərbələr alıb. Konfliktdə olan məmurlar sırasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovla daxili işlər naziri Ramil Usubov da var. Doğrudur, bir neçə il əvvəl onlar mətbuat qarşısına çıxaraq birgə şəkil də çəkdirdilər. Yəni bununla aralarındakı nifaqın bitdiyini nümayiş etdirməyə çalışdılar. Amma əslində məsələnin belə olmadığı sonradan da bəlli oldu. Həmin ərəfədə baş verənləri izahlamağa çalışan ekspertlər samballı faktlara istinad edərək bildirirdilər ki, əslində Ramil Usubovla Kəmalədin Heydərovun bir yerdə görünməsi onlara prezidentin təzyiq etməsi ilə bağlıdır. Və bu da inandırıcı versiya idi. Çünki həmin ərəfədə təhsil naziri Misir Mərdanova açıq-aşkar mətbu kampaniya aparan və hətta Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kurasiyasında olan ATV kanalında belə Misir Mərdanovu aşağılatdıran sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev məhz bu konfliktin qurbanı olmuşdu, nəticədə nazir postunu itirərək Belorusiyaya səfir təyin edilmişdi. Beləcə, «gözü çıxmış qardaş»dan dərs alan nazirlər əslində bir yerdə görünməyə məcbur idilər. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) Nazirlər Kabinetindəki mötəbər qaynaqlardan ötürülən informasiyada bildirilir ki, artıq iki nazirin məcburi qaydada bir yerdə görünməsinə lüzum qalmayıb. Mənbəmiz iddia edir ki, hər iki nazir bu günlərdə barışıq əldə ediblər və onlar bir-birilərinin əleyhinə hansısa aksiyada iştirak etməməklə bağlı da anlaşıblar. Onu da xatırladaq ki, bir neçə gün əvvəl Kəmaləddin Heydərov, Ramil Usubov və Ramiz Mehdiyev Qəbələdə səfərdə olublar. Və bu səfərin də onların barışıqlarının təzahürü kimi qəbul olunmasını istəyən mənbəmiz vurğulayır ki, iki naziri bir masa arxasına oturdan PA rəhbəri olub: «Ramiz Mehdiyev onların arasındkı uzunüddətli «savaşa» son qoyaraq hər iki naziri barışdırıb». Geri qayıt |