Əsas Səhifə > Ölkə, Manşet > ETİBAR ƏLİYEVİN VAR-DÖVLƏTİ NECƏ TALAN EDİLİB?

ETİBAR ƏLİYEVİN VAR-DÖVLƏTİ NECƏ TALAN EDİLİB?


14-06-2012, 14:30
ETİBAR ƏLİYEVİN VAR-DÖVLƏTİ NECƏ TALAN EDİLİB?

«TEXNİKABANK»DA SON BAŞ VERƏNLƏRDƏ NAZİRİMİZİN ADI HALLANDIRILIR

DİA.AZ: - Bir neçə gün əvvəl rəsmən «TexnikaBank»dakı görəvini itirən bankın hazırda Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan keçmiş Müşahidə Şurasının sədri Etibar Əliyevlə bağlı şok faktlar almışıq. Bu barədə DİA.AZ-a məlumat ötürən Nazirlər Kabinetindəki etibarlı mənbənin sözlərindən belə aydın olur ki, bir neçə gün əvvəl Etibar Əliyevlə bağlı «TexnikaBank»da baş verən «islahatlar» əslində nazirlərdən birinin sifarişi ilə həyata keçirilib.

Xatırladaq ki, Etibar Əliyev həbs olunduqdan sonra ona aid bankdakı səhmlər onun iştirakı olmadan qanunsuz olaraq, belə demək mümkünsə, rəsmən talanıb və başqa səhmdarın əlinə keçib. Doğrudur, bununla bağlı bankdan ictimaiyyətə doğru-dürüst məlumat verilmir, amma baş verənlər də inkar edilmir.

Mənbə redaksiyamıza bildirir ki, Etibar Əliyevin səhmləri nazirlərimizdən birinin yaxın qohumunun adına keçib: «Bu həm də o deməkdir ki, «TexnikaBank» həmin nazirin kurasiyasına düşüb».

Qeyd edək ki, mənbəmiz bütün bu baş verənləri bir müddət əvvəl güc strukturlarının birində cərəyan edən olayla da əlaqələndirir: «Həmin güc strukturlarına yaşanılanlar «TexnikaBank»ı və daha bir neçə iqtisadi strukturu iflic etdi. Amma hansısa bankın birdən-birə sıradan çıxarılması imkansızdır. Xüsusən də kifayət qədər ciddi əlaqələrə malik «TexnikaBank»la bağlı birdən-birə iflas qərarını elan etmək mümkün olmadığından, bank saxlanılsa da, patronaj dəyişdirildi».


Geri qayıt