Əsas Səhifə > Ölkə, Manşet > NK-DA KADR İSLAHATLARI QƏRARI QƏTİDİR

NK-DA KADR İSLAHATLARI QƏRARI QƏTİDİR


28-06-2012, 13:43
NK-DA KADR İSLAHATLARI QƏRARI QƏTİDİR

ARTUR RƏSİZADƏ İLƏ YANAŞI ELÇİN ƏFƏNDİYEV DƏ VƏZİFƏDƏN GEDİR

DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Azərbaycanda baş nazir postunda dəyişiklik gözlənilir. Artur Rəsizadə ilə yanaşı, Nazirlər Kabinetində daha bir neçə kadrın da görəvdən alınacağı xəbərini də vermişdik. Bildirilənə görə, baş nazirin müavini Elçin Əfəndiyevin postundan alınacağı və onun Azərbaycan Yazıçılar Birliyinə rəhbər gətirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda AYB-yə rəhbərlik edən Anarın postundan gedəcəyi haqda məlumatımızı AYB-nin rəsmi nümayəndələri də təsdiqləmişdilər. Amma çox keçmədi ki, bu barədə mətbuata açıqlama verən Anarın özü belə bir niyyətinin olmadığını bildirdi.

DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbələrdən daxil olan son məlumatlarda isə bildirilir ki, Anarın necə danışmasından asılı olmayaraq NK-dakı islahatların bir ucuda AYB-yə sirayət edəcək. Mənbəmiz bildirir ki, artıq artur Rəsizadənin gedişi ovqatı bütün NK-ya hakim kəsilib və bu barədə əksəriyyət məlumatlıdır.

Qaynağın söylədikləri: «Eyni zamanda Elçin müəllimin də gedəcəyi söylənilir və onun AYB-yə rəhbər seçiləcəyi haqda da məlumatlar var. Hətta Elçin müəllimin özü də bu barədə bir neçə dəfə danışıb və bildirib ki, artıq tam olaraq yaradıcılıq işlərinə baş vurmaq niyyətindədir».

Kadr islahatlarının konkret hansı tarixdə cərəyan edəcəyinə gəlincə isə bu barədə danışan mənbəmiz bildirdi ki, olan bilsin, avqust ayının əvvəllərindən dəyişikliklərə start verilsin.

Geri qayıt