Əsas Səhifə > Ölkə > ŞOK: ŞAİRLƏRİMİZİ EDAM CƏZASI GÖZLƏYİR
ŞOK: ŞAİRLƏRİMİZİ EDAM CƏZASI GÖZLƏYİR28-06-2012, 14:15 |
RƏSMİ TEHRAN BU DƏHŞƏTLİ ADDIMI ATARSA... İranda saxlanılan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə edam oluna bilərlər. SalamNews-un verdiyi xəbərə görə, bu barədə İran mətbuatı Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Məlumata əsasən, İran XİN onların saxlanmalarının səbəbini rəsmi şəkildə Azərbaycan tərəfinə elan edib. Gənc şairlər külli miqdarda narkotik qaçaqmalçılığı və İsrail kəşfiyyatına casusluqda ittiham olunurlar. Xəbərdə bildirilir ki, həbs olunan Fərid Hüseyn və Şəhriyar Hacızadə qeyd olunan ittihamları qəbul ediblər və ittihamın bütün dəlilləri Azərbaycan XİN-ə təqdim olunub. Xatırladaq ki, Azərbaycan vətəndaşları F.Hüseyn və Ş.Hacızadənin bu il mayın 2-də Təbrizdə mülki şəxslər tərəfindən saxlanıldığı barədə xəbərlər yayılıb. Azərbaycan XİN vəziyyəti aydınlaşdırmaq üçün İran tərəfinə 4 nota göndərib, lakin uzun müddət cavab ala bilməyib. Geri qayıt |