Əsas Səhifə > Ölkə, Manşet > AZƏRBAYCANA QARŞI TƏXRİBAT DAVAM EDİR

AZƏRBAYCANA QARŞI TƏXRİBAT DAVAM EDİR


1-07-2012, 17:08
AZƏRBAYCANA QARŞI TƏXRİBAT DAVAM EDİR

NƏ YAZIQ Kİ, BU İŞDƏ TÜRK KÖKƏNLİLƏR DƏ ALƏT OLUB

DİA.AZ: - «Avroviziya-2012» yarışması bitsə də, rəsmi Tehranın Bakıda keçirilən bu beynəlxalq müsabiqə dövründəki txəribatları hələ də davam etməkdədir. Söhbət əslində fars xarakterinə uyğun olan «gey parad» sərsəmləməsindən gedir ki, bu dəfə də İrana aid ayrı-ayrı xəbər portalları üzərimizə sözügedən absurd iddia ilə yeriməkdədirlər.

DİA.AZ bildirir ki, nə zamana qədər fars-molla rejiminin mirzələri bu qəbildən olan hücumlarını davam etdirəcəklər, biz də redaksiya olaraq eyni qaydada cavab verəcəyik. Üzücü olanı odur ki, bu gün İran tərəfdən ünvanımıza təhqir və hədyanları yağdıranlar arasında türk olanlar da yetərincədir. Beləliklə, fars-molla mətbuatında yer alan daha bir antiAzərbaycan xarakterli materialla tanış olun və gerçək düşməninizi tanıyın:

«AranNews - Möhsün Rizayi Təbrizdə İmam Xomeyni (rə.) müsəllasında Təbriz əhalisi ilə görüşündəki çıxışında deyib: "Şərqi Azərbaycan əyalətinin əhalisi Vəliyyi-fəqiyin əyalətdəki nümayəndəsinin tədbirləri nəticəsində Azərbaycan Respublikasında düşmənlərin bu ölkənin müsəlman xalqının hissiyatı ilə oynamaq və ümumi fikri "Eurovision" şənlikləri və gey-paraddan yayındırmağa dair planları qarşısında elə qətiyyət göstərdi ki, Azərbaycan hökuməti geri çəkilməli oldu".

O vurğulayıb: "Təbriz əhalisinin bu rəftarı onların Vilayəti-fəqihə sədaqətini və xalis İslam dəyərlərinin keşiyində möhkəm dayandıqlarını göstərir və böyük alqışlara layiqdir".

Rizayi Azərbaycan dövlətinə tövsiyə edərək deyib: "Azərbaycan dövləti sionist rejimin tələsinə düşməkdən çəkinərək, öz xalqının tələblərini yerinə yetirməyə çalışmalıdır. Bu ölkə xalqına tam sərbəst şəkildə öz hüquqlarına nail olmaq imkanı verməli, xalqa qəbul etdirilmiş təzyiqlərdən kənar yaşamaq şəraiti yaratmalıdır". Rizayi həmçinin, Azərbaycan hökumətinə bu ölkə xalqının islami tələblərini yerinə yetirməyi də tövsiyə edib.

O, artırıb: "Təbriz əhalisinin rəsmi Bakının anti-İslam hərəkətlərinə qarşı qətiyyəti , əhalinin oyaqlığını göstərərək, bir daha sübut etdi ki, təbrizlilər haqqı və islamı müdafiəni öz vəzifələri hesab edir və hər bir şəraitdə, hər yerdə və hər zaman bu müdafiəni davam etdirəcəklər"».

Geri qayıt