Əsas Səhifə > Dünya > İSLANDİYADA REKORD NƏTİCƏ

İSLANDİYADA REKORD NƏTİCƏ


2-07-2012, 11:11
İSLANDİYADA REKORD NƏTİCƏ

OLAFUR QRİMSON 5-Cİ DƏFƏ PREZİDENT SEÇİLDİ

İslandiyada Olafur Qrimson 5-ci müddətə prezident seçilməklə rekorda imza atıb. 69 yaşlı prezident seçkilərdə səslərin 52.4 faizini toplaya bilib. Seçkilərdə onun rəqibi 37 yaşlı jurnalist Tora Arnorsdottir olub. Məğlub namizəd səslərin yalnız 33.16 faizini qazana bilib. Rəsmi səsvermə nəticələri açıqlanmamış, o məğlubiyyətini etiraf edərək, bundan sonra vaxtını seçkilər ərəfəsində dünyaya gəlmiş körpə qızına ayıracağını bəyan edib.

Qeyd edək ki, rekordçu prezident Qrimson 1996-cı ildən hakimiyyətdədir. Prezidentlik İslandiyada simvolik xarakter daşısa da, hakimiyyəti dövründə sərgilədiyi xarakter, ölkədə bu vəzifənin nüfuzunu artırıb. Qrimson, 2008-ci ilin bank qalmaqalından sonra populyarlaşıb.

Belə ki, həmin ildə ölkənin əsas bankı sayılan Landsbanki iflasa uğradığından ölkə parlamenti Britaniya və Hollandiyalı əmanətçilərin pullarını qaytarmaq üçün 4 milyardlıq kompensasiyanın ayrılması haqqında qanun qəbul edir. Qrimson isə prezident səlahiyyətlərindən istifadə edərək vergiödəyicilərinin pulu hesabına həllini tapacaq çıxış yolundan imtina edərək, qanuna veto qoymuşdu.

Geri qayıt