Əsas Səhifə > Güney Press, Reklam > FUTBOLA BİLET QAZANMANIN MOBİL YOLU

FUTBOLA BİLET QAZANMANIN MOBİL YOLU


2-07-2012, 16:27
FUTBOLA BİLET QAZANMANIN MOBİL YOLU

“BAKCELL” BU İMKANI DA YARATDI

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Təchizatçısı olan Bakcell şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.

Sür@ ticarət nişanı altında ölkədə ən mükəmməl 3G mobil internet təcrübəsini təklif edən Bakcell şirkəti böyük məmnuniyyətlə yeni eksklüziv kampaniyasını elan edir. Futbolsevərlərə müjdəli kampaniyaya start verən Bakcell sentyabr ayının 22-si Bakıda başlayacaq olan 17 yaşına qədər qadınlar arası FİFA U-17 turnirinin açılışına bilet qazanmaq imkanı yaradır.

Yarışın açılışına bilet əldə etmək və dünyaca ünlü Cənubi Amerikalı ulduz Cennifer Lopezin ifasını canlı olaraq izləmək üçün sadəcə olaraq balansınızı artırmaq lazım olacaq. İyul ayının 1-dən sentyabrın 15-dək davam edəcək kampaniya çərçivəsində bu dövr ərzində balansına 10 AZN yükləyən hər bir Bakcell abunəçisi gündəlik oynanan 55 biletdən birini əldə etmək və yarışın açılışına bilet qazanmaq imkanı əldə edəcəkdir. Biletləri qazanan abunəçilər sms vasitəsilə məlumatlandırılacaqlar. Biletləri yalnız Bakcell-in Nizami küç. 83-də yerləşən mağazasından əldə etmək olacaq.


Geri qayıt