Əsas Səhifə > Ölkə > İRANLILAR BAKIDA
İRANLILAR BAKIDA22-10-2011, 12:22 |
SƏRHƏD QALMAQALI HƏLƏ BİTMƏYİB Azərbaycan və İran sərhədində silahlı insidentin baş vermə səbəbi müzakirə edilib. İranın Sərhəd Qoşunları komandanının müavini Əhməd Gəravəndin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 21-də Azərbaycanın Biləsuvar rayonuna səfər edib. Nümayəndə heyəti Azərbaycan sərhədçiləri ilə görüşdə hadisənin baş vermə səbəblərini müzakirə edib. Oktyabrın 19-da sərhəddə öldürülmüş İran vətəndaşının cənazəsi nümayəndə heyətinə təhvil verilib. MEHR agentliyinin məlumatına əsasən, Əkbər Hatəmpur adlı əsgərin cənazəsi bu gün ailəsinə təhvil verilmək üçün xüsusi təyyarə reysi ilə Tehrana, oradan isə Xorrəmabad şəhərinə aparılacaq. Azərbaycanın Dövlət Sərhəd Xidməti görüşlə bağlı rəsmi məlumat verməyib. Azərbaycanın İranla sərhədini pozduğu üçün sərhədçilər tərəfindən açılan atəş nəticəsində yaralanan şəxs aldığı xəsarətdən dünyasını dəyişib. Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata görə, oktyabrın 19-u saat 14:00 radələrində Biləsuvar rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin pozulması müşahidə edilib. Bunun qarşısının alınması məqsədi ilə əraziyə əlavə sərhəd naryadları çıxarılıb və axtarış təşkil olunub. Nəticədə dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu aşkarlanıb, xəbərdarlıq və qanuni tələblərə tabe olmaqdan imtina edərək sərhəd naryadına hücum etdikdə ona qarşı silah tətbiq olunub. Baş vermiş hadisə barəsində İran tərəfi dərhal məlumatlandırılıb. Geri qayıt |