Əsas Səhifə > Dünya > YAPONİYADA GÜCLÜ ZƏLZƏLƏ OLUB
YAPONİYADA GÜCLÜ ZƏLZƏLƏ OLUB3-07-2012, 12:18 |
TOKİODA GÖYDƏLƏNLƏR YERİNDƏN OYNAYIB Yaponiyanın paytaxtı Tokioda güclü zəlzələ baş verib. Göydələnlərin silkələnməsinə səbəb olan yeraltı təkanların gücü Rixter cədvəli ilə 5,4 bal olub. Zəlzələ şəhərdə bir sıra sürət qatarı reyslərinin təxirə salınmasına səbəb olub. Zəlzələ Tokio körfəzində yerin 100 kilometr dərinliyində qeydə alınıb. Dağıntı və insan itkisi olmayıb. Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq zəlzələdən sonra Tokioda yaşayan britaniyalıları şəhəri tərk etməyə çağırıb. Onlar üçün Tokioya xüsusi çarter reysləri təşkil olunub. Geri qayıt |