Əsas Səhifə > Güney Press, Üçüncü sektor > NAZİM İBRAHİMOV GİROV ŞAİRLƏRİMİZDƏN DANIŞDI

NAZİM İBRAHİMOV GİROV ŞAİRLƏRİMİZDƏN DANIŞDI


5-07-2012, 11:39
NAZİM İBRAHİMOV GİROV ŞAİRLƏRİMİZDƏN DANIŞDI

“TEZ BIR ZAMANDA AZADLIĞA BURAXILMALIDIRLAR”

“İranın Azərbaycana qarşı atdığı hər bir addımla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin və bu qurumu əhatə edən diaspor təşkilatlarının öz reaksiyası var.

Bunu mətbuatda da gedən xəbərlərdə görmək olar”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. O bildirib ki, Azərbaycan heç bir dövlətin onu daxili işlərinə qarışmasına imkan verməyəcək: “Həmçinin də hər bir azərbaycanlının xarici ölkələrdə qarşılaşdığı istənilən bir problem Azərbaycan dövlətini də düşündürür”.

İranda həbsdə saxlanılan azərbaycanlı şairlərlə bağlı məsələnin komitənin diqqət mərkəzində olduğunu bildirən N. İbrahimov bunları deyib: “Ola bilər ki, bəzən görülən işlərin böyük hissəsi mətbuat səhifələrinə çıxmasın. Amma bu o demək deyil ki, biz bu məsələni diqqətdən kənarda saxlamışıq. Hesab edirəm ki, İranda həbsdə saxlanılan azərbaycanlı şairlər - Fərid Hüseyn və Şəhriyar Hacızadə günahsızdırlar və tez bir zamanda da azadlığa buraxılmalıdırlar”.

Geri qayıt