Əsas Səhifə > Ölkə > MİSİR MƏRDANOVUN İŞÇİLƏRİ İTTİHAM OLUNDU

MİSİR MƏRDANOVUN İŞÇİLƏRİ İTTİHAM OLUNDU


5-07-2012, 14:33
MİSİR MƏRDANOVUN İŞÇİLƏRİ İTTİHAM OLUNDU

HP: MALİYYƏ POZUNTUSUNA YOL VERİLİB

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Modern.az-ın verdiyi xəbərə görə, kollegiya iclasında dövlət büdcəsinin “Təhsil” bölməsi üzrə mərkəzləşdirilmiş xərclərindən Təhsil Nazirliyinin tabeliyində olan Nizami rayonu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə ayrılan büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə auditin nəticələri müzakirə olunub.

Hesablama Palatasının məlumatına görə, audit zamanı Yaradıcılıq Mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, bir sıra ciddi maliyyə pozuntularına, nöqsan və çatışmazlıqlara yol verildiyi nəzərə alınaraq Kollegiya tərəfindən yoxlama materiallarının “Hesablama Palatası haqqında” Qanunun 2-ci maddəsinin on ikinci abzasının və Prezidentin 2009-cu il 22 iyun 103 nömrəli Fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Baş prokurorluğuna göndərilməsi qərara alıbıb. Eyni zamanda auditin nəticələri üzrə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq qaydada ciddi tədbirlərin görülməsi məqsədi ilə Təhsil Nazirliyinə təqdimatın göndərilməsi, habelə Hesablama Palatasının Daxili Nizamnaməsinin 19.7-ci maddəsinə uyğun olaraq auditin nəticələri üzrə Milli Məclisinə məlumatın verilməsi qərara alınıb.

Kollegiya iclasında, həmçinin, Şəmkir rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair Audit proqramı da təsdiq edilib.

Geri qayıt