Əsas Səhifə > Ölkə, Manşet > MÜBARƏK DİLEMMA: «TRAKTORSAZİ», YOXSA «QARABAĞ»

MÜBARƏK DİLEMMA: «TRAKTORSAZİ», YOXSA «QARABAĞ»


11-07-2012, 15:14
MÜBARƏK DİLEMMA: «TRAKTORSAZİ», YOXSA «QARABAĞ»

HƏQİQƏTƏN DƏ BU GÜN BİZLƏR ÇƏTİN BİR SEÇİM QARŞISINDAYIQ

DİA.AZ: - «Bu gün Təbrizin “Traktorsazi” komandası ilə Ağdamın “Qarabağ” klubu arasında yoldaşlıq görüşü keçiriləcək». Yəqin ki, bu xəbər diqqətinizi gəlb edib.

Biz də bilirik ki, burada «yoldaşlıq» ifadəsi futbol ənənələrinə uyğunluq səbəbindən yer alıb. Amma bu futbol oyununun biz Azərbaycan türkləri üçün həm də bir mənəvi anlamının olması şübhəsizdir.

«Traktorsazi» və «Qarabağ» hər iki komanda işğal altında, əsarət altında olan yurdlarımızı təmsil edir. Biri o gözəl və mübarək paytaxtımız Təbrizimizin, digəri də canı borcumuz olan Qarabağımızı…

Kim qalib gəlsin… Yanılmırıqsa, xəbər portallarından biri belə bir sualla öz oxucularına müraciət edib. Çox çətin sualdır. Həqiqətən də, KİM QALİB GƏLSİN?

Hansına azarkeşlik edəcəksiniz? Bu sualın da cavabı çətindir. Çünki bu gün axşam saat 8-də Ankarada keçiriləcək oyunun futboldan daha çox, mənəvi tərəfi diqqətə gələndir.

Hər ikisinə azarkeşlik etmək imkansızdır. Hər ikisinə qələbə arzulamaq da qeyri-səmimidir. Səmimi olanı isə bu iki komandanın günlərin birində daxili çempionatda qarşılaşmasına şahidlik etmək arzusudur ki…

SİZLƏRƏ DƏ BUNU ARZULAYIRIQ!!!

Geri qayıt