Əsas Səhifə > Ölkə, Manşet > ABDOLBARİ GOZALIN DUZ MONAPOLİYASI

ABDOLBARİ GOZALIN DUZ MONAPOLİYASI


25-10-2011, 16:03
ABDOLBARİ GOZALIN DUZ MONAPOLİYASI

“AZƏRSUN” DUZ SEXLƏRİNƏ QARŞI YÜRÜŞÜNÜ DAVAM ETDİRİR

DİA.AZ: - Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər nəticəsində keyfiyyətsiz xörək duzunun istehsalı faktı aşkarlanıb. Məlumata görə, bu barədə çərşənbə axşamı nazirliyin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, Xırdalan şəhəri, S.Vurğun küçəsi, ev 6 ünvanında Nizami Bəşirova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisədə istehsal edilən yodlaşdırılmış xörək duzunun müvafiq texnoloji təlimat və uyğunluq sertifikatı olmadan istehsal edildiyi, habelə duzun istehsalında xammal kimi mənşəyi bəlli olmayan duz və yoddan, qablaşdırılmasında isə mənşəyi bəlli olmayan kağız paketlərdən istifadə edildiyi müəyyən olunub. Bununla yanaşı, yoxlama zamanı duzların etiketində istehsalçı müəssisə barədə məlumatın göstərilmədiyi müəyyən edilib.

Yol verilmiş qanun pozuntuları ilə əlaqədar duz istehsalının və 5,3 ton duzun satışının dayandırılması, habelə duzun qablaşdırılması və istehsalı zamanı istifadə olunan mənşəyi bəlli olmayan kağız paketlər, duz və yoddan istifadənin qadağan edilməsi və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış bu cür duzların geri yığılması barədə müəssisəyə icrası məcburi göstəriş verilib.

Onu da bildirək ki, əslində iqtisadi inkişaf nazirliyi neçə müddətdir ki, yerli duz istehsalçılarına qarşı «səlib yürüşü»nə keçib. Bir il əvvəl Masazır ərazisində «Azərsun» Holdinqə məzxsus olan duz zavodunun açılışından sonra bu hücumlar daha da intensiv xarakter alıb və nəticədə 17 duz istehsal edən sexin fəaliyyətinə qanunsuz olaraq qadağa qoyulub. Onlara qarşı İİN tərəfindən tutulan iradlarda rəsmən bildirilir ki, həmin duz sexlərinin istehsal etdiyi məhsullar guya ki, yodsuz olublar. Halbuki həmin duz sexləri bir neçə il əvvəl birbaşa olaraq Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə UNİSEF-dən yodlaşdırıcı apartlarla təmin olunmuşdular.

Deməli, məsələ tamam başqa idi və duz sexlərinin bağlanmasının nədənləri fərqli idi. Məlum oldu ki, əslində həmin duz istehsalçıları məhz «Azərsun» Holdinqə məxsus olan «Azərduz» zavodunun fəaliyyətə başlamsı səbəbindən hədəfə alınıb və onlar ona görə vurulurlar ki, duz bazarı Abdolbari Gozal üçün boşaldılsın.

Günü bu gün də sözügedən proses davam etdirilir. Və son məlumatlardan da aydın olur ki, Şahin Mustafayevin rəhbərlik etdiyi nazirlik hər zaman olduğu kimi bu dəfə də inhsarçılrın keşiyindədir.


Geri qayıt