Əsas Səhifə > Ölkə > İSLAM PARTİYASI YUMAQ İPİ KİMİ SÖKÜLÜR
İSLAM PARTİYASI YUMAQ İPİ KİMİ SÖKÜLÜR16-07-2012, 15:44 |
AİP-DƏ DAHA BİR SƏS-KÜYLÜ İSTEFA Azərbaycan İslam Partiyası (AİP) Ağstafa rayon komitəsinin nəzarət-təftiş komissiyasının sədri Səxavət İsmayılov partiyada tutduğu vəzifəsindən istefa verib. İstefasının səbəblərindən danışan Səxavət İsmayılov bildirib ki, İslam Partiyasının mövcud vəziyyəti heç də ürəkaçan deyil və nikbin gələcəyi də yoxdur: “Bu partiya İslam əqidəsinə əsaslandığını iddia etsə də, təşkilatın artıq “fatihəsi”ni oxuyublar. Özümü dəfn olunmuş bir təşkilatda heç zaman görə bilmərəm. Həmişə fəal olmuşam və ictimai prosesləri yaxından izləmişəm. Ona görə də qərara gəldim ki, İslam Partiyası kimi bir qurumda tutduğum vəzifədən istefa verim. Düşünürəm ki, ən uyğun qərarı qəbul etmişəm. Bu addımım siyasi fəaliyyətimə daha da təkan verəcək”. Geri qayıt |